Azərbaycan şahmatçısı Nicat Abasov Serbiyada keçirilən Avropa çempionatının yekunlarına əsasən, bu il Bakıda təşkil olunacaq Dünya Kubokuna vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, bunun üçün yarışda ən yaxşı 23 oyunçu sırasına düşmək lazım idi. 17-ci olan Nicat Abasov DK-ya vəsiqəni təmin edib.
Qalan şahmatçılarımız isə AÇ-ni ilk "60-lıq"dan kənarda başa vurublar.
Qeyd edək ki, Nicat Abasovdan başqa Rauf Məmmədov, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov ötən illərin qitə çempionatlarınin yekunlarına əsasən, Dünya Kubokunda iştirak hüququ qazanıblar.