Bu gün Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçılarının XI turdakı rəqiblərinin adına aydınlıq gəlib.
AÇ-də 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar. Gövhər Beydullayeva isə gənclər arasında dünya çempionatının qalibi kimi bu hüquqa yiyələnib.
Qeyd edək ki, ötən il Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı
11-ci tur
Salomea Zaksoyte (Litva) - Gövhər Beydullayeva
Livia Yaroçka (Polşa) - Gülnar Məmmədova
Yovana Erik (Serbiya) - Günay Məmmədzadə
Xəyalə Abdulla - Antuanetta Stefanova (Bolqarıstan)
Ülviyyə Fətəliyeva - İrina Çeluşkina (Serbiya)
Türkan Məmmədyarova - Jolanta Zavadzka (Polşa)
Nadtya Şpanko (Sloveniya) - Nərmin Abdinova
Diana Lomaya (Gürcüstan) - Ayan Allahverdiyeva
Ləman Hacıyeva - Nia Donqvani (Gürcüstan)
Səbinə İbrahimova - Oksana Qoryaçkina (FIDE)
Petra Keyzar (Sloveniya) - Nazlı Hümbətova
Lalə Hüseynova - İvana Manova (Şimali Makedoniya)
Turnir cədvəli: 1. Meri Arabidze (Gürcüstan), 2. Oliviya Kiolbasa (Polşa) - hərəyə 8, 3. Stavrula Tsolakidu (Yunanıstan) - 7,5, 27. Beydullayeva, 40. Məmmədova - hərəyə 6.