Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə keçirilən Georgi Aqzamov Memorialında üçüncüdür.
Fanat.Az xəbər verir ki, o, 8-ci turda Abdimalik Abdisəlimova (Özbəkistan) qalib gəlib. 6 xal toplayan Rəsulov Volodar Murzindən (FIDE) bir xal yarım geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Digər şahmatçımız Misrətdin İsgəndərov isə liderə uduzaraq yeddinci yerə düşüb (5,5 xal).