Azərbaycan şahmatçısı Günay Məmmədzadə Salamankada (İspaniya) keçirilən "Masters" turnirində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, o, startda Veselin Topalovla (Bolqarıstan) heç-heçə edib, daha sonra Sabrina Qutyereslə (İspaniya) xalı bölüb.
Beləliklə, 1 xal toplayan Məmmədzadə beşinci pillədə qərarlaşıb. Xayme Santos (İspaniya) 2 xalla liderdir.