Dubayda (BƏƏ) Azərbaycan şahmatçılarının iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, Vüqar Əsədli dördüncü turda Mamikon Qaribyanla (Ermənistan) heç-heçə edib.
Hazırda 2,5 xalı olan qrossmeysterimiz 15-ci yerdədir.
Misrətdin İsgəndərov isə Hans Nimanna (ABŞ) uduzaraq 2 xalla 41-ci pillədə qərarlaşıb.
Lider 4 xalla Çitambaram Aravinddir (Hindistan).