Azərbaycan şahmatçısı Günay Məmmədzadə ABŞ-də keçirilən “Cairns Cup” beynəlxalq turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, o, ikinci turda almaniyalı Elizabet Petz ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib.
Məmmədzadə ilk görüşündə gürcüstanlı Bella Xotenaşvilini yenib.
Turnirdə həmçinin Hampi Koneru, Harika Dronavali (hər ikisi Hindistan), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Jansaya Abdumalik (Qazaxıstan), İrina Kruş və Anna Zatonskix (ABŞ) iştirak edirlər.
Turnirin ümumi mükafat fondu 180 000 dollardır.