10:54 30.03.2021 806

Rusiyanın şahmat olimplərindəki gəncəli qız

Teleqraf.com saytı dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edir.

Bu dəfə Azərbaycan əsilli rusiyalı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster, idman jurnalisti Elmira Mirzəyeva haqqında araşdırma aparılır. 
 
Həmin məqaləni təqdim edirik: 

Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Rusiyanın Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub. Valideynləri gəncəlidir.

Müsahibələrindən birində dediyinə görə, atası qardaşına şair Nizami Gəncəvinin adını verib:

"Moskvada anadan olmuşam, bütün həyatımı burada yaşamışam. Azərbaycanda çox sayda qohumumuz var, valideynlərim böyük yazıçı Nizami Gəncəvinin doğulduğu Gəncədəndir. Yeri gəlmişkən, qardaşım onun adını daşıyır. Uşaqlıqda tez-tez nənə-babamıza baş çəkimək üçün Gəncəyə gedirdik. Vaxtilə dünya şahmat elitasının bir üzvü olan məşhur Azərbaycan şahmatçısı İlahə Qədimova bu şəhərdəndir. Yadımdadır, səkkiz yaşımda atamla bir yerli şahmat klubuna getdik və orada böyük bir lövhə vardı, üzərinə belə yazılmışdı: "İlahəni 20 yaşlılar arasında dünya çempionu olduğu üçün təbrik edirik”. Bu, məndə çox güclü təəssürat yaratdı və deyə bilərəm ki, İlahə Qədimova mənə həqiqətən ilham oldu”.

12 yaşımda yarışlarla əlaqədar sıx səfərlər başladı, nəticədə yaxınlarımıza baş çəkmək üçün Azərbaycana getməyə vaxt qalmadı”.

Elmira atasının ona dəstək verdiyini, uğurlarına görə ona borclu olduğunu söyləyib: "Atam ailəsini dolandırmaq üçün bir neçə yerdə işləyirdi, amma eyni zamanda, mənimlə birlikdə turnirlərə getməyə də vaxt ayırırdı. Böyük ölçüdə atamın bu dəstəyi sayəsində idmanda uğur qazanmağı bacardım”.

Moskvada musiqi məktəbini bitirən Elmira Jurnalistika və Ədəbi Yaradıcılıq İnstitunun məzunudur.

Dünya çempionatında

İlk dəfə 1993-cü ildə Moskva qalibi olan Elmira Sankt-Peterburqda keçirilən Rusiya çempionatının finalında oynayıb. 1995-ci ildə məktəbli qızlar arasında Moskva çempionu adını qazanıb. Bir il sonra Kaluqa şəhərində keçirilən 16 yaşa qədər qızlar arasında Rusiya çempionatının qalibi olub. Karyerasının sonrakı illərində dünyanın müxtəlif ölkələrindən 32 gənc çempionun iştirak etdiyi "Kasparov Kuboku”a dəvət edilən güclülər arasında yer alıb.

1996-cı ilin oktyabr-noyabr aylarında İspaniyada keçirilmiş yeniyetmələrin dünya birinciliyində Rusiya yığmasının heyətində çıxış edib. İspaniyadakı çıxışını uğurlu saymaq olar, 67 iştirakçı arasında 7-ci yeri tutub.

1997-ci ildə 15 yaşlı Elmira dörd beynəlxalq qrossmeysteri məğlub edərək Moskva çempionu adını qazanıb. 1998-ci ildə qadınlar arasında Moskva çempionu, bir il sonra isə ölkə kubokunun qalibi olub.

1999-cu ildə qadınlar arasında Rusiya kubokunun qalibi adını və Rusiya çempionatının bürünc medalını aktivinə yazdırıb. 2000-2002-ci illərdə Moskva ikincisi, 2002-2004-cü illərdə isə Moskva çempionu olub.

Qrossmeyster

2008-ci ildə jurnalistlər arasında keçirilən qeyri-rəsmi dünya şahmat çempionatının qalibi adını qazanıb. 2011-ci ildə Moskva Açıq Şahmat beynəlxalq turnirində ikinci yeri tutub. Həmin il qadınlar arasında Rusiya kubokunun ikincisi olub. 2012-2015-ci illərdə Rusiya kubokunun finallarında oynayıb.

2012, 2013 və 2014-cü illərdə Moskva Açıq Şahmat beynəlxalq turnirinin mükafatçısı olub. 2017-ci ildə keçirilən Moskva birinciliyində də Elmira qızıl medalı əldən verməyib.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2000-ci ilin noyabrında Elmira Mirzəyevaya qrossmeyster adını verib. 2002-ci ildə isə beynəlxalq qrossmeyster adına layiq görülüb.

İki seçimdən biri

Şahmatçı kimi karyerası uğurlu olsa da, bu sahədəki peşəkar fəaliyyətini davam etdirməyib. Müsahibələrindən birində bu qərarını belə izah edib:

"Peşəkar şahmatdan ayrılma qərarı sovet şahmatçılarının öz fəaliyyətlərini dayandırdığı vaxtda oynamağımla əlaqəli idi və o vaxt heç kim uşaqlara baxmırdı. Mənim təvəllüdümdəki oyunçulara baxsanız, peşəkar şahmatda nəsə əldə etdiyini görə bilməzsiniz. Düşünürəm ki, bu, həmin illərin Rusiya şahmatı üçün uğursuz olmasının göstəricisidir. İndi də Rusiya komandasında mənim təvəllüdümdə şahmatçı yoxdur. 16 yaşımda Rusiya çempionu olanda Dünya Gənclər Çempionatında 7-ci yeri tutdum və ilk dəfə orada oynadım. O vaxt məşqçi tapa bilmirdik, buna görə də idmançı kimi inkişaf edə bilməzdim.

Üstəlik, o dövrdə qadın şahmatında pul qazanmaq çox çətin idi. Xatırlayıram ki, atam çox doğru bir söz dedi: ya idmanda liderlərdən biri olmalıyam, ya da başqa bir sahənin peşəkarı olmalı idim. İstər jurnalistika, istərsə də musiqi olsun, sabit gəlir təmin etməliydim. Dünya şahmatının elitasına girmək üçün böyük maliyyə tələb olunurdu, bunun üçün davamlı çalışmaq lazım idi, amma o anda belə bir imkan yoxdu. Bu səbəbdən etdiyim seçim jurnalistikanın lehinə düşdü”.

Jurnalistika fəaliyyəti

2003-cü ildən bəri televiziya və radio karyerasını davam etdirir. 2003-2004-cü illərdə "7 TV” telekanalının müxbiri işləyib. 2004-2006-cı illərdə "Sport” kanalının müxbiri və şahmat şərhçisi olub. 2005-2006-cı illərdə "Sport” telekanalında yayımlanan "Şahmat alplarında” və "Şah və ya mat” proqramlarının müəllifi və aparıcısı idi. 2006-cı ildə Turində keçirilən Qış Olimpiya Oyunlarında "Sport” telekanalının şərhçisi olub. 2008-ci ildən 2010-cu ilə kimi "NTV+Sport” və "NTV+Futbol” kanallarında "Xəbərlər” informasiya proqramının aparıcısı işləyib. 2006-cı ildən "Mayak”, "Vesti” və "Rusiya” radiolarının aparıcısı və şahmat şərhçisidir. Habelə Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) şahmat şərhçisi olaraq işləyir.

2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin radiostansiyalarında idman proqramlarının aparıcısı olub.

Elmira Mirzəyeva komanda yaradıldığı andan "Ostankino” Televiziya Texniki Mərkəzinin şahmat klubunun rəhbəridir. Şahmat klubu 2016-cı ildə "İdman və Rusiya” mükafatı laureatı olub.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X