Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün ikinci mərhələnin cavab partiyaları oynanılıb.
Çıxışını davam etdirən 5 şahmatçımızdan yalnız Günay Məmmədzadə bu gün cütün taleyini öz xeyrinə həll edə bilib. İlk partiyalarda olduğu kimi, heç-heçə oynayan digər təmsilçilərimiz isə sabah baş tutacaq tay-brek görüşlərində rəqiblərinin müqavimətini qırmağa çalışacaq.
Kişilər
1/64 final
Qriqor Mxitaryan(Braziliya) - Şəhriyar Məmmədyarov 0,5:05 (ilk partiya - 0,5:0,5)
Nicat Abbasov - Şant Sarkisyan(Ermənistan) 0,5:05 (0,5:0,5)
Vasif Durarbəyli - Aleksandr Predke(Rusiya) 0,5,:05 (0,5:0,5)
Qadınlar
1/32 final
Günay Məmmədzadə - Laura Unuk(Sloveniya)
1:0 (0,5:0,5)
Lela Cavaxişvili(Gürcüstan)- Gülnar Məmmədova 0,5:0,5 (0,5:0,5)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın təmsilçilərimizdən Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Sahib Əsədbəyli