Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda Vinsent Keymerlə (Almaniya) qarşılaşıb.
Fanat.Az xəbər verir ki, hər iki qrossmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan, qalibi müəyyənləşdirmək üçün şahmatçılar arasında tay-breyk oynanılıb.
İlk qarşılaşmada ağ fiqurlarla oynayan Şəhriyar rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq adını yarımfinala yazdırıb. Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.
FIDE Qran-Prisi
Qrup mərhələsi
Tay-breyk
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vinsent Keymer (Almaniya) 3:1 (1:0, 0:1, 1:0, 1:0)
***
Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE Qran-Prisinin üçüncü mərhələsində mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün yarımfinala vəsiqə uğrunda tay-breyk görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, onun rəqibi yerli qrossmeyster Vinsent Keymer olacaq. B qrupunda yer alan hər iki şahmatçı 6 turdan eyni sayda - 3,5 xal topladığından əsasnaməyə görə, qrup liderini müəyyənləşdirmək üçün sürətli şahmatda üz-üzə gələcəklər.
Qeyd edək ki, qrupda tərəflər arasında baş tutan klassik partiyaların birini Şəhriyar qalib başa vurub, digəri isə heç-heçə nəticələnib.
FIDE Qran-Prisi
Qrup mərhələsi
Tay-breyk
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vinsent Keymer (Almaniya)