11:35 02.04.2022 499

AÇ: Azərbaycan şahmatçısı 2-ci sıraya yüksəldi

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən 6-sı görüşünü qələbə, 5-i heç-heçə, digər 4-ü isə məğlubiyyətlə tamamlayıb.

Abdulla Qədimbəyli yarışın ikinci reytinq favoriti, Ukrayna yığmasının heyətində komandalararası son Avropa çempionatının qalibi olan Anton Korobovu yenib. Misrətdin İsgəndərov Daniel-Boqdan Dyakı (Rumıniya), Riad Səmədov Kirill Georgiyevi (Şimali Makedoniya), Gövhər Beydullayeva Tor Fredrik Kaaseni (Norveç) xalsız qoyub. Aydın Süleymanlı və Vasif Durarbəyli arasında baş tutan Azərbaycan derbisindən isə qara fiqurlarla oynayan ikinci qalib ayrılıb.

Yarışdakı ən yüksək reytinqli şahmatçımız Qədir Hüseynov italiyalı Daniele Vokaturo ilə "sülh bağlayıb". Digər tanınmış qrossmeysterlərdən Nicat Abasov Lorenso Lodiçi ilə (İtaliya), Eltac Səfərli Svan Rasmusla (Almaniya) xalı bölüb. 

Azərbaycan çempionu Məhəmməd Muradlı isə Dmitri Kollarsa (Almaniya) uduzub.

Beləliklə, xalını 5-ə çatdıran Abdulla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Hərəyə 4,5 xalı olan Misrətdin
Qədir, Eltac və Vasif müvafiq olaraq 8, 14, 18 və 27-ci yerdə qərarlaşıblar. Nicat, Vüqar, Murad hesablarına 4, Aydın, Riad, Məhəmməd və Gövhər 3,5 xal yaza biliblər.

Sıralamaya 5,5 xalla almaniyalı Mattias Bluebaum başçılıq edir.

Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.

Avropa çempionatı 
VI tur

Daniele Vokaturo (İtaliya) - Qədir Hüseynov 0,5:0,5
Eltac Səfərli - Svan Rasmus (Almaniya) 0,5:0,5
Anton Korobov (Ukrayna) - Abdulla Qədimbəyli 0:1
Vüqar Əsədli - Yuri Krivoruçko (Ukrayna) 0,5:0,5
Daniel-Boqdan Dyak (Rumıniya) - Misrətdin İsgəndərov 0:1
Dmitri Kollars (Almaniya) - Məhəmməd Muradlı 1:0
Lorenso Lodiçi (İtaliya) - Nicat Abasov 0,5:0,5
Aydın Süleymanlı - Vasif Durarbəyli 0:1
Murad İbrahimli - Leon Livaiç (Xorvatiya) 1:0
Kirill Georgiyev (Şimali Makedoniya) - Riad Səmədov 0:1
Lampos Yannoulakis (Yunanıstan) - Əhməd Əhmədzadə 0,5:0,5
Tor Fredrik Kaasen (Norveç) - Gövhər Beydullayeva 0:1
Toğrul Həsənzadə - Yakub Kozakovski (Polşa) 0:1
Petro Qolubka (Ukrayna) - Şahin Vəliyev 1:0

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X