Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, Rəcəbov III turda qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen ilə üz-üzə gələcək. Məmmədyarov isə "ağlar"la bolqarıstanlı Veselin Topalovla münasibətlərı aydınlaşdıracaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hazırda Şəhriyar 2,5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 1,5 xalı olan Teymur 9-cudur. Sıralamaya 6 xalla Vişvanatan Anand (Hindistan) başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)
Aniş Giri (Niderland) - Uesli So (ABŞ)
Aryan Tari (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa)
Vişvanatan Anand (Hindistan) - Van Hao (Çin)