Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma VIII turda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. Qadın millimiz isə Rumıniya ilə münasibətləri aydınlaşdıracaq.
Görüşlər Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
VIII tur
Qazaxıstan - Azərbaycan
Qadınlar
VIII tur
Rumıniya - Azərbaycan
Qeyd edək ki, yeddi turdan sonra hər iki yığmamızın hesabında 11 xal var. Turnir cədvəlində qadınlar 6-cı, kişilər 11-ci pillədə qərarlaşıb. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.