Bu gün Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, hazırda 16 xalla üçüncü sırada olan qadınlardan ibarət yığmamız sonuncu XI tur çərçivəsində bu dəqiqələrdə Gürcüstan kollektivi ilə qarşılaşır. Seçməmiz görüşü qələbə ilə başa vuracağı təqdirdə, tarixində ilk dəfə yarışın medallarına sahib çıxacaq.
14 xalla 16-cı pillədə yer alan və medal şansını itirən kişilərdən ibarət milli isə Serbiya ilə münasibətləri aydınlaşdırır.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
XI tur
Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç
Rauf Məmmədov – Velimir İviç
Qədir Hüseynov – Robert Markus
Vasif Durarbəyli – İvan İvanişeviç
Qadınlar
XI tur
Azərbaycan – Gürcüstan
Günay Məmmədzadə – Nana Caqnidze
Xanım Balacayeva – Nino Batsiaşvili
Gövhər Beydullayeva – Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva – Meri Arabidze