Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib.
Ağayev rəqibinə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.