Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında döyüşə çıxıb.
Fanat.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baxman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.