Milli komandamızın sabiq taekvondoçusu Ramin Əzizov Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.
Fanat.az xəbər verir ki, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və Avropa çempionatının mükafatçısının orqanizmində istifadəsi qadağan edilmiş kannabinoidlər (Carboxy-THC) aşkarlanıb. O, bu səbəbdən iki illik diskvalifikasiyaya olunub. İdmançının cəza müddəti 25 fevral 2020-ci il tarixdən hesablanmağa başlanılıb.
Bu barədə məktub AMADA tərəfindən Azərbaycan Taekvonodo Federasiyasına iyulun 6-da göndərilsə də, koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutublar.
Əzizov mart ayında idmançı karyerasını başa vurduğu barədə federasiya rəhbərliyinə rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı bir tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.
Fanat.az