Azərbaycanı Tokio 2020-nin atletika yarışlarında çəkicatma növü üzrə təmsil edən Anna Skidan mübarizəni dayandırıb.
Fanat.az xəbər verir ki, təsnifat mərhələsində 69,57 metr nəticə ilə atletimiz 16-cı olub.
Avqustun 3-də baş tutacaq finala isə "12-lik"də qərarlaşan idmançılar yüksəlib.
Qeyd edək ki, 29 yaşlı Skidan bunadək Rio 2016-da da ölkəmiz adına yarışıb. Həmin vaxt o, finalın bir addımlığında qalmışdı (13-cü yer).
Sahib Əsədbəyli