Tokio 2020-nin atletika yarışlarında yeni dünya rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, qadınların 400 metr məsafəyə maneələrlə qaçış finalında ABŞ təmsilçisi Sidni Maklaflin özünə aid rekordu yeniləyib.
22 yaşlı atlet məsafəni 51,46 saniyəyə qət edərək cari ilin iyununda göstərdiyi nəticəni 0,44 saniyə yaxşılaşdırıb.
Qeyd edək ki, ötən gün baş tutan kişilərin 400 metrə maneələrlə qaçış finalı da dünya rekordu ilə əlamətdar olub. Finişə 45,94 saniyəyə çatan norveçli Karsten Varholm özünə aid olan rekordu (46,70) təzələyib.
Sahib Əsədbəyli