19:28 06.08.2021 1488

“Onunla görüşmürəm, buna layiq deyil” - Rafael Ağayev

"Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim".

Fanat.Az xəbər verir ki, bunu Tokio 2020 Yay Olimpiya Oyunlarının karate üzrə gümüş mükafatçısı Rafael Ağayev (75 kq) deyib.

5 qat dünya və 11 qat Avropa çempionu italiyalı Luici Busa ilə final görüşündə hakim haqsızlığı ilə üzləşdiyini bildirib: "Mən evdən çıxarkən bura "qızıl" düşüncəsi ilə gəlmişdim. Mən heç kimi gözdən salmaq istəmirəm, amma bəzi idmançılar Olimpiadaya ancaq iştirak, gəzmək üçün gəlir. 

Bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma "çox sağ ol" deyirəm. Fürstədən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa, onlara "çox sağ ol" deyirəm. Ölkəmizin Prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Bütün müəllimlərimi bağrıma basıram. İnsan keçmişini gərək unutmasın.
Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, gələn yarışa hazırlaşacağam. Hər şey əladır. Həyatda əsas insan olmaq lazımdır. Çempion olmaq asan, insan olmaq çətindir. 

36 yaşlı Olimpiya mükafatçısı karyerasını bititəcəyi tarixi açıqlayıb: "Karyeramı 2025-ci ildə bitirməyi düşünürəm. Ondan sonra öz məktəbimi açmaq istəyirəm".

Ağayev finaldan sonra rəqibi ilə görüşməməsinə də aydınlıq gətirib: "İdmançılara yaraşmayan hərəkətlər etdi. Bəzi məsələlər də var ki, açıqlamaq istəmirəm. Onunla görüşmürəm, buna layiq deyil. Dünyanın 1 nömrəsi özüməm. Bu, özündən razılıq deyil. İndiyədək göstərdiyim nəticələrə heç kim çatmayıb".
 
Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X