18:14 12.08.2021 13370

Prezident ən yüksək ordeni Mariya Stadnikə verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 9 idmançımıza orden, 7 nəfərə medal verilib.

Fanat.Az xəbər verir ki, ən yüksək orden qadınlardan ibarət milli komandamızın üzvü Mariya Stadnikə verilib. Tokio-2020-də bürünc medal qazanan Ukrayna əsilli idmançımız 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Vətənə xidmətə görə" ordeni 7 noyabr 2003-cü ildə təsis edilmiş Azərbaycan Respublikasının ordenidir. Üç dərəcədə "Vətənə xidmətə görə" ordeni aşağıdakılara görə verilir:

- Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
- dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
- milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır. "Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir. Orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

Mariya Stadnik ardıcıl 4 olimpiadada medal qazanıb. Güləşçı Pekin-2008 və Tokio-2020-də bürünc, London-2012 və Rio-de-Janeyro-2016-da gümüş medala sahib çıxıb.

Mariya Stadnik 2 dəfə dünya, 8 dəfə Avropa çempionu, 2 dəfə Avropa, 1 dəfə İslam Həmrəyliyi oyunlarının qalibi olub.

İdmançı 2008-ci iildə "Tərəqqi" medalı (Olimpiadada qazandığı bürünc medala görə), 2009-cu ilə "Şöhrət" ordeni (I Avropa Oyunlarında qazandığı qızıl medala görə), 2012-ci ildə Prezidentin fəxri diplomu (Olimpiadada qazandığı gümüş medala görə), 2016-cı ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (Olimpiadada qazandığı gümüş medala görə) ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 3 nəfəri 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni (Rəfael Ağayev, Hacı Əliyev, İrina Zaretska), 3 nəfəri 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni (Alfonso Domingez, İrina Kindzerska, Rafiq Hüseynov), 2 nəfəri 3-cü dərəcəli "Əmək” ordeni (Aslan Ağayev, Elman Əzimzadə), 7 nəfəri "Tərəqqi” medalı ilə (Vüsal Cəfərov, Anar Məmmədov, Orxan Məmmədov, Rəşad Məmmədov, Radik Hüseynov, Aleksandr Tarakanov, Horta Domingez Humberto) təltif edib. 

Həmçinin Tokio-2020-də qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə idmançıların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib (Namiq Abdullayev, Yaşar Bəşirov, Denis Morozov, Füzuli Musayev, Qurban Tağıyev).
 
Pərvin
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X