Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov ABŞ-dan Rusiyaya qayıdıb.
Fanat.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatına dağıstanlı idmançının meneceri Rizvan Məhəmmədov verib. Döyüşçünün San-Xosedə məşq etdiyi zal koronavirus pandemiyası üzündən bağlandığına görə, Həbib və komandası evə dönmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Nurməhəmmədov aprelin 18-də Toni Ferqyusonla üz-üzə gəlməlidi.
Fanat.Az