UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, Dastin Porye Ferqyusonla döyüşdə Nurməhəmmədovu əvəzləməyə hazırdı. O, bu barədə UFC-ə müracitə etdiyini bildirib:
"Əslində, hazırlıq üçün heç də ən əlverişli vaxt deyil. Amma mən ən yaxşı olduğumu sübuta yetirmək üçün istənilən şansı dəyərləndirməyə hazıram. Artıq Toni ilə döyüşə hazır olduğum barədə UFC rəhbərliyinə yazılı müraciət ünvanlamışam".
Qeyd edək ki, Rusiyanın koronavirus pandemiyası ilə əlaqədar olaraq sərhədləri bağlaması səbəbindən Həbib Nurməhəmmədov ölkəni tərk edə bilmir. Buna görə də döyüşün baş tutması təhlükə altındadı.
Fanat.Az