Aprelin 18-nə planlaşdırılan UFC 249 turnirində Həbib Nurməhəmmədovla üz-üzə gəlməli olan, ancaq sonradan bəlli səbəbdən rəqibi dəyişdirilən Toni Ferqyuson ABŞ mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, o, Həbibi və digər tanınmış döyüşçü Konor Makqreqoru aşağılayıb:
"Həbib və Konor? Bu uşaqlara nə deyim? Bildiyimə görə ikisi də karyerasını bitirib. Bu idman əsl kişilər üçündü, Həbiblə Konor isə əskidi”.
Fanat.Az