Aprelin 18-də keçirilməli olan UFC 249 koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Deyna Uayt məlumat verib:
"Biz turniri təşkil etməyə hazır idik. Amma bizə "yuxarı"dan, elə bir yerdən zəng gəldi ki fikrimizi dəyişməli olduq. Turniri ləğv etməli olduğumuz deyildi".
Daha əvvəl UFC 249-un Kaliforniya ştatının Lemur şəhərində yerləşən "Tachi Palace Casino Resort" arenasında keçiriləcəyi açıqlanmışdı. Kompleks Santa-Roza hind icmasının arealına daxil idi.
UFC 249-la yanaşı, təşkilatın növbəti turnirləri də ləğv olunub.
Qeyd edək ki, UFC 249-un əsas döyüşündə Toni Ferqyuson və Castin Qetji üz-üzə gəlməli idi. Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Ferqyusonla döyüşməkdən imtina etmişdi.
Fanat.Az