Tanınmış şərhçi Ramazan Rabadanov yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atasının – Abdulmanap Nurməhəmmədovun səhhətindən danışıb.
Fanat.Az xəbər verir ki, Rabadanov koronavirusa yoluxduğu güman edilən mütəxəssislə bağlı "Çempionat”a açıqlama verib:
"Abdulmanap Mahaçqaladakı 2-ci şəhər xəstəxanasında yatır. Dağlarda xəstələnib. İki gün həkimə müraciət etməyib. Sonda qardaşları yola gətiriblər. Hələ koronavirus faktı təsdiqlənməyib. Qripp olduğunu deyirlər. Yanına heç kimi buraxmırlar. Yeri gəlmişkən, dünya çempionu Şamil Zavurov da xəstələnib. Başqa idmançıların da xəstəxanaya yerləşdirildiyini söyləyirlər”.
Abdulmanap Nurməhəmmədovun 57 yaşı var. Rusiyanın əməkdar məşqçisi yalnız oğlu ilə yox, bir sıra UFC döyüşçüləri ilə işləyir.
Fanat.Az