17:37 13.12.2021 567

Mədət Quliyev məşqçilərlə görüşdü

Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.

Fanat.Az xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Beynəlxalq federasiya tərəfindən təsdiq olunmuş texniki kursda yalnız Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak ediblər və imtahanları müvəffəqiyyətlə başa vuranlar beynəlxalq dərəcəli məşqçilik sertifikatını əldə ediblər. Çingiz Hüseynzadənin sözlərinə görə, MOK-un dəstəyi ilə təşkil edilən “Olympic Moves” hərəkatı çərçivəsində bu vaxtadək 6000-dən artıq məktəbli velosiped idmanı üzrə yarışlara cəlb edilib ki, bu da kütləvilik baxımından olduqca önəmlidir.

Velosiped idmanı üzrə Azərbaycanda ilk dəfə 2-ci səviyyə üzrə təşkil olunan kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparıb. Xatırladaq ki, bu vaxta qədər ölkəmizdə 2 dəfə 1-ci səviyyə üzrə texniki kurslar təşkil edilib. Ümumilikdə isə MOK xətti ilə təşkil edilən və digər idman növlərini əhatə edən məşqçilik kurslarının sayı 10-a çatıb.

İştirakçılara sertifikatları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AZVİF-in prezidenti Mədət Quliyev təqdim ediblər. Kursları uğurla başa vuranları təbrik edən rəsmilər velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd ediblər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
20:12

Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

15:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

09:22

Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

09:00

Səudiyyə Ərəbistanında mövsümün ən yaxşı oyunçusu bilindi - Ronaldu deyil

00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X