Azərbaycan milli komandasının üzvü Renat Dadaşov "Vulverhempton"un U-23 komandasının heyətində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu XVIII turda "Tottenhem"lə oyunun start heyətində yer alıb və sonadək meydanda olub.
Qarşılaşma "Vulverhempton"un 2:3 hesablı yenilgisi ilə başa çatıb. Komandanın hər iki qolunu Renat Dadaşov vurub. O, 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, 85-ci dəqiqədə isə qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.
Qeyd edək ki, "Vulverhempton" U-23 liqasının əsas qrupunda 11 xalla 12-ci - sonuncu, "Tottenhem" isə 21 xalla 10-cu yerdədir.
Fanat.Az