12:34 02.11.2020 2402

Erməni əsir: “Azərbaycanlı əsgər mənə qardaş dedi” - VİDEO

Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib.

Erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.

10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb:

"Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda mən "qapını açma” deyə qışqırdım. O əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur. Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi". 

Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".

- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?

- Buyur. 

- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.

- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?

- Yox əlbəttə, bir az əvvəl qumbara atmışdınız. 

Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər onda yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə mənə güvən, ayağa qalx danışaq" dedi.

Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və mənə iki siqaret verdi”. (Qafqazinfo.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 May 2025
22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

18:13

1-ci Liqada pley-off oyununun vaxtı bilindi

17:48

Həlledici oyunların yeri və vaxtı bilindi

17:29

"Atletik" baş məşqçisi ilə müqavilə yenilədi - RƏSMİ

17:10

"Anladım ki, uyğunlaşmasam, bir daha Çempionlar Liqasını qazana bilməyəcəm"

16:52

"Şamaxı"nın 7 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - AÇIQLAMA

16:34

"Həmin oyunçular milliyə dəvət olunmayacaqlar" - Fernandu Santuş

16:16

Azərbaycan millisinin heyəti açıqlandı

15:57

Entso Fernandesin aqibətinin necə olacağı dəqiqləşdi

15:36

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate turniri keçirildi

15:19

"Mənim "Real"la bağlılığım əbədidir" - Ançelottidən emosional vida

15:01

Deku Yamal üçün hansı klubun "Barsa"ya müraciət etdiyini dedi

14:43

Azərbaycan millisi seçmə mərhələyə İngiltərə üzərində qələbə ilə başladı

14:25

Füzuli Məmmədov "Karvan" üzərində qələbəni şərh etdi: "Hesab böyük ola bilərdi"

14:04

"Real" Ançelottinin getdiyini açıqladı

13:46

Azərbaycanın yeniyetmə basketbolçuları AÇ-nin hazırlaqlarına başladılar

13:28

Premyer Liqada mövsümün 5 tapıntısı - Suma da belə deyildi

13:10

Julio Baptista "Real"a qayıdır

12:51

Mareska ÇL uğrunda mübarizə və KL-in finalı barədə fikirlərini bölüşdü

12:33

"Bu turnirdə oynamaq bizim üçün böyük şərəfdir" - Xosep Qvardiola

12:14

"Müasir futbolda məni ən çox qıcıqlandıran..." - Klod Makelele

11:56

38 yaşlı Vardi La Liqa klubuna keçməyə yaxındır

11:38

“Qələbə Kuboku”: Azərbaycan boksçuları Rusiyada yarımfinala yüksəldi

11:20

Avropa Liqasında mövsümün komandası müəyyənləşdi

11:01

Ərəb şeyxi İngiltərə klubunu almaq istəyir - Danışıqlar başladı

10:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:23

Raul Qonsales "Real"dan ayrılmağa qərar verdi - Onu Madrid nəhənginin digər əfsanəsi əvəz edəcək

10:04

Azərbaycan kubokunda finalçılar bilindi

09:23

Minifutbol: Azərbaycan millisi Sloveniyaya qarşı

09:00

İtaliyanın ən yaxşı məşqçisi açıqlandı

00:53

Finalın ən yaxşı futbolçusu AL-in də ən yaxşısı oldu

00:12

"Səbail"də cəzalı yoxdur, zədəli çoxdur - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X