Türkiyədən ABŞ-a köçən bodibildinqçi Dəniz Saypınar Texas hava limanında xoşagəlməz halla üzləşib.
Fanat.Az xəbər verir ki, Mayamiyə getmək istəyən idmançı geyiminə görə təyyarəyə buraxılmayıb. Buna səbəb geyiminin təhrikedici və açıq-saçıq olması göstərilib.
Bununla bağlı Dəniz Saypınar bir milyon izləyicisi olan "Instagram" hesabında açıqlama verib. İdmançı canlı yayıida gözyaşlarını saxlaya bilməyib:
"Mən İslam ölkəsindən bura köçdüm. Çünki orda qadınlar ikinci və ya üçüncü, hətta sinifsiz bir şəkildə yaşamalı olur. Amma burda da eyni şeylər yaşanır. Özümü incidilmiş kimi hiss edirəm. Məni ABŞ-da şortik geyindiyim üçün təyyarəyə buraxmadılar.
Mən Türkiyədə böyümüşəm. Bu ölkə şəriət dövləti deyil, amma İslamı dəstəkləyən, yaşım tərzinə yansıdan bir ölkədir. Mən qadınam və qadınlıımı göstərməyi sevirəm. Nə geyinəcəyimi biləcək qədər mədəni insanam. Burda qadınlara, biseksuallara, translara böyük təzyiqlər var. Mən sizin işinizdən danışmıram, birbaşa həyatınızdan danışıram. Buna görə də cinsiyyət ayrı-seçkiliyinin olmadığı bir ölkəyə kömüşəm. Bəlkə Türkiyə tətil və ya səyahət üçün yaxşıdır, amma yaşamaq üçün çətin ölkədir. Məhz buna görə ABŞ-a köçmüşdüm. Mən heç bir halda şortik geyindiyim üçün təhdid edilməməliyəm. Özünüzlə bağlı hər hansı haqqa sahib deyilsinizsə, heyvandan nə fərqiniz var".
Qeyd edək ki, Dəniz Saypınar bu geyiminə görə təyyarəyə buraxılmayıb.