İsveçin Orebro şəhərində təyyarə qəzası baş verib.
Fanat.Az xəbər verir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Onlardan 7-si hadisə zamanı həlak olub. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Təyyarədə paraşütçülər olub. Layner havaya qalxandan bir neçə dəqiqə sonra paraşütçülər tullanmağa hazırlaşarkən yerə çırpılıb.
Təyyarə yerə çırpılandan sonra alışıb. Hadisənin səbəbləri araşdırılır.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol