Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyunlar GİN-in Voleybol Mərkəzində keçiriləcək.
İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olacaq. Görüş saat 15:00-da başlayacaq. Tərəflərin ilk görüşündə "Azərreyl" 3:0 qalib gəlib.
Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan ilk oyundakı 0:3-ün revanşını almağa çalışacaq. Qarşılaşma 17:00-da start götürəcək.
Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi "Qızıl set"də müəyyənləşəcək.