Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsinə vurulub.
Fanat.Az xəbər verir ki, seriyanın ikinci oyunları GİN-in Voleybol Mərkəzində keçirilib.
İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olub. Meydan sahibləri səfərdəki məğlubiyyətin (0:3) əvəzini çıxıblar - 3:1. Beləədə cütün qalibi "Qızıl set"də müəyyənləşib. Gərgin mübarizədə keçən həlledici qarşılaşmada "Azerreyl" rəqibini 15:13 üstələyib.
Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan revanş almağa çalışıb. "Ağ-qaralar" ilk oyunda (0:3) olduğu kimi, bu dəfə də rəqibə ciddi müqavimət göstərə bilməyərək eyni hesabla uduzublar.