12:22 21.10.2020 459

"Yenə bizi Azərbaycandan kənara atdılar" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında I qrupun ilk turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəkləri səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda "Report"a müsahibəsi

- İsrailə hansı əhval-ruhiyyə ilə yollanırsınız?
- Şükürlər olsun, hər gün cəbhədən şad xəbərlər alırıq. Cənab Prezidentin özü açıqladıqda isə tam əminlik yaranır. Arxayın oluruq ki, bu şəhərlər, rayonlar götürülüb. Dünən Zəngilən şəhərinin işğaldan tam azad olunması bizim üçün sevindiricidir. Bu, azərbaycanlı kimi hamımıza əlavə güc, inam verir. Hər gün bu cür xəbərlər gözləyirik.

- UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Qarabağ" qrupdakı ev oyunlarını neytral meydanda keçirəcək. Bu qərara münasibətiniz necədir və rəqiblərinizi hansı ölkədə qəbul etmək istəyirsiniz?
- Açığı, hələ planda bir şey yoxdur. Dünən gecə qərarı 2 dəfə dəyişdilər. Əvvəl yazmışdılar ki, alternativ variant da ola bilər. Amma sonradan matçın tam neytral meydanda keçiriləcəyini yazdılar. Bunun üçün 3 ölkəni göstəriblər: Kipr, Macarıstan və Polşa. Əfsuslar olsun ki, yenə bizi Azərbaycandan kənara atdılar. Bunu arzulamazdım. Sadəcə, heç birimiz heç nə əldə edə bilmədik ki, niyə belə etdilər? Ölkədə çempionat davam edirsə, niyə neytral meydanda oynamalıyıq? Düzü, bu qərar mənə çatmadı. İllərdir əziyyət çəkirik ki, qrupda oynayaq, böyük komandalar Azərbaycana gəlsin və bizim mentalitetimizi görsün, tanış olsunlar. Xüsusilə də belə bir zamanda bu, vacibdir. Təəssüf ki, buna nail ola bilmədik. Həm klub, həm də federasiya olaraq, UEFA-ya təsir göstərə bilmədik. Ümumiyyətlə, kluba heç bir məlumat verilmədi. "Legiya" ilə pley-off oyunu neytral meydana salınanda ən azı klubla əlaqə saxlayırdılar. Hər gün yazırdılar, fikir mübadiləsi aparırdıq. Amma bu dəfə kluba heç nə bildirmədilər. Birdən dedilər ki, UEFA belə qərar qəbul edib. Biz həmişə Azərbaycanın mədəniyyətini qoruyub-saxlamışıq. Daxildə reaksiya versək də, qərarları normal qarşılamışıq. Yenə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzən belə şeylər bizə motivasiya verir. Amma böyük klublara qarşı neytral meydanda oynamaq o qədər də asan deyil. Hələ ki, bir oyunun Bakıda olmayacağını deyiblər. Amma digərlərinin də burada keçirilməsinə icazə verəcəklərinə inanmıram. Bizim üçün həddindən artıq çətin mövsüm olacaq. Bundan sonrakı qərarları gözləyəcəyik.

- "Qarabağ"ın direktoru Emrah Çelikel "Report"a açıqlamasında bildirib ki, ev oyunlarını Türkiyədə keçirmək üçün UEFA-ya müraciət ediləcək. Hazırda bu variant nə dərəcədə realdır?
- Alternativ variant olacağı halda, sevə-sevə Türkiyəni təklif edəcəyik. Amma açığı, inanmıram. Yəqin ki, buna mane olan qüvvələr var. Düşünürəm ki, boşa gedəcək. Çünki belə bir qərar veriblərsə, məncə, başqa variantımız olmayacaq.

- Neytral meydan üçün 3 ölkədən - Polşa, Macarıstan və Kiprdən birini seçməlisiniz. Siz daha çox bunların hansında oynamağın tərəfdarısınız?
- Buna hər şeyi götür-qoy etdikdən sonra qərar verəcəyik. Təkcə bizim oraya gedib oynamağımız bəs etmir. Eyni zamanda, bizə təhlükəsizliklə bağlı təminat verməlidirlər. Ev sahibi olsaq da, orada qonağıq. Dövlət, federasiya səviyyəsində təminat olmalıdır. Yəqin ki, həm ölkələr, həm də federasiyalarla danışıqlar aparılacaq. Ondan sonra qərar qəbul edəcəyik.

- "Makkabi" ilə sabahkı görüş haqqında fikirləriniz necədir və matçdan nə gözləmək olar?
- Səfərə yaxşı oyun və nəticə üçün gedirik. Qrupun ilk oyunudur. Bakıya uğurlu nəticə ilə qayıdacağımıza inanıram.

- Mövsümə uğursuz start versə də, sanki son hadisələrin ardından "Qarabağ" daha motivasiyalı oynayır. Ümumiyyətlə, komandanızda psixoloji vəziyyət necədir?
- Həmişə qeyd etmişəm ki, psixoloji yorğunluq olsa belə, fiziki durum daha önəmlidir. Qrupun 6 oyununu səfərdə keçirmək, 3-4 gündən bir milli komandada, çempionatda oyun keçirmək futbolçuları həm fiziki, həm də psixoloji anlamda həddindən artıq yorur. Bu isə motivasiyada problem yaradır. Düzdür, illərdir bu təcrübəni keçirik. Amma hələ bu qədər ağır mövsümlə qarşılaşmamışdıq. 3 turnirdə oynamaq heç də asan deyil. Həmçinin komandada futbolçu sarıdan ötənilki say çoxluğu da yoxdur. Ötən mövsüm heyətdə meydana çıxa biləcək 23 futbolçu var idisə, indi bu rəqəm 15-16-dır. 3-4 nəfər də gənc oyunçumuz var. Hər bir halda, hamının, xüsusilə də gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bəlkə də bunun həmin futbolçuların daha tez böyümələrinə böyük faydası dəyəcək.
Oxşar xəbərlər

Xəbər lenti

01 Dekabr 2020
22:41

"Valensiya"da da yoluxma var

22:21

"Kəpəz"in baş məşqçisi: "Hakim təhqirlə emosional danışığı səhv salıb"

22:19

ÇL: “Atletiko” “Bavariya”ya, “Ayaks” “Liverpul”a qarşı - YENİLƏNİR

22:14

Koronavirus İngiltərə Premyer Liqasını vurdu

21:55

Rəşad Sadıqov "Zirə"ni təcrid etdi

19:02

"Neftçi" uduzdu, futbolçusu referini döydü - VİDEO

17:50

Kuman Messini Budapeştə aparmır

17:36

UEFA açıqladı: İlin rəmzi komandasına 50 namizəd

16:49

"Formula 1" piloti koronavirusa yoluxdu

16:17

Azərbaycan hərbçiləri Laçın şəhərini bayraqla bəzədi - FOTOLAR

15:50

“Sabah”dan yubiley qolu

15:23

“Qarabağ”da 50-ci oyuna çıxdı

15:11

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alındı

15:05

Bu hərbi qulluqçular sabahdan hərbi xidmətdən tərxis ediləcək - RƏSMİ

15:02

Hakimləri söyən futbolçunun cəzası açıqlandı

15:00

"Kəpəz"in baş məşqçisi və "Neftçi"nin futbolçusu cəzalandı

14:57

Maksim Medvedevin səhhəti ilə bağlı son durum açıqlandı

14:52

Mayk Tayson və Roy Cons son döyüşə görə nə qədər qazanıb? - MƏBLƏĞ

14:45

Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı

14:32

"Barsa" Boqardı nə vaxt tarnsfer edəcək? - SON DURUM

14:19

UEFA-nın AVRO-2020 ilə bağlı ssenarisi

13:56

27 il 4 ay sonra – Ağdamdan reportaj

13:49

Klopp: "Özü bunu bilməsə də, onu həmişə istəmişəm"

13:38

"Real" fransalı ulduza görə Hazarı da verməyə hazırdır

13:17

Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçında iştirak etməyəcək

13:03

PFL "Qarabağ"ın müraciətinə görə təqvimi dəyişdi

12:58

Defo: "Bu ikili dünyanın ən yaxşı hücum tandemidir"

12:43

Prezident məhv edilmiş Ermənistan ordusunun texnikalarının sayını açıqladı

12:37

"İnter"in yarımmüdafiəçisi bu qış getmək istəyir

12:35

Azərbaycan Prezidenti: "İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur"

12:28

"Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır" - İlham Əliyev

12:22

Hemilton da yoluxdu

12:10

Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

11:56

Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı - RƏSMİ

11:50

20 yaşlı müdafiəçi "Barselona"ya qayıdır

11:41

Prezident İlham Əliyev xalqa müraciət edib

11:37

Ben Bitton "Qarabağ"la oyun haqda nə dedi?

11:32

Premyer Liqa klubu məşq bazasını bağladı

11:13

Laçında Azərbaycan Himni oxundu - VİDEO

11:04

"Qarabağ"ın legioneri: "Ermənilər Ağdamda hər yeri dağıdıblar"

10:57

Maradonanın sabiq xanımının sevgilisi heç kimin bilmədiyini dedi

10:44

Olimpiya Təsnifat Turnirinin bərpa tarixi bilindi

10:38

"Mançester Siti" 17 yaşlı argentinalını alır - MƏBLƏĞ

10:22

Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

10:17

"Barselona"nı Messiyə görə cərimələyəklər

10:04

"Real" ulduz hücumçunu transfer edə bilməyəcək - SƏBƏB

09:24

FİDE yeni reytinq siyahısını açıqlayıb

09:00

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - VİDEO

00:00

Bu gün Laçın işğaldan azad edilir

30 Noyabr 2020
22:01

Təbriz klubu uduzdu

18:24

Lyorente "Napoli"ni hansı kluba dəyişəcək?

17:56

"Qəbələ" "Sumqayıt"ı məğlub etdi

17:12

"Keşlə" iki futbolçusunu yollayır

16:47

Millimizin qapıçısı koronavirusa yoluxdu

16:24

“Qəbələ” – “Qarabağ” oyununun vaxtı açıqlandı

15:54

Kin "Tottenhem"in çempionluğuna niyə inanmadığını açıqladı

15:25

"Neftçi"nin sabiq prezidenti "Başakşehir"in oyununa təyinat aldı

15:14

Kavani irqçiliyə görə cəzalandırılacaqmı?

14:33

"Liverpul" 18 yaşlı istedadın "ovuna çıxdı"

14:10

Millimizin koronavirusa yoluxan futbolçusu: "İki gün belim ağrıdı"

13:57

Mikel Arteta: "Qovulacağım üçün narahat deyiləm"

13:45

Şahin Diniyev: "Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm"

13:38

"Roma"nın bazasında mərmi tapıldı

13:23

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI

13:09

Maradonanın cəsədinə hörmətsizlik edənlər qovuldular - FOTO

12:59

Maradonanın həkimindən ittihamlara cavab

12:41

"Yuventus" Dibalanı PSJ-nin hücümçusu ilə dəyişir

12:24

Məşhur yarımmüdafiəçi futbolla vidalaşdı

12:01

Zaur Ramazanov: "Riad Rəfiyev qardaşımdan heyif çıxır"

11:33

Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

Facebookdan bizi izləməyi unutmayın.