İspaniya Sequndasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete” "Ponferradina”nı qəbul edib.
Eddi 1:1 hesabıyla bitən görüşün ilk 53 dəqiqəsində meydanda olub, matçın ilk yarısında sarı vərəqə alıb. Maraqlıdır ki, baş məşqçi yığmamızın üzvünü oyundan alandan sonra meydan sahibləri hesabı bərabərləşdirib.
Hazırda 29 xalı olan "Albasete” turnir cədvəlində 17-ci pillədədi.
Fanat.Az