14:43 03.12.2017 1430

Oynamağa görə də, oynamamağa görə də cəza…

Etibar Cəbrayıloğlu

Bəzi qələmi göyçəklər yazırdılar ki, Azərbaycan futbolunda hadisə baş vermir. Alın, bu da sizə hadisə. Özü də nə yekəlikdə. Reytinqinə görə Cəbəllütariq çempionatından beş çömçə irəlidə möhkəmlənən bizim Premyer Liqanın qış fasiləsindən əvvəlki son turu ərəfəsində ciddi olay yaşandı. Pulu olmasa da, adı təptəzə olan "Keşlə” iki futbolçusunu qovdu. Sonra səs-soraq yayıldı ki, həmin iki futbolçu - Nizami Hacıyevlə Mirhüseyn Seyidov həbs olunub. Həbs xəbəri hər yana yayılınca bizim hüquq-mühafizə orqanları açıqlama verib bildirdilər ki, adıçəkilən futbolçuları saxlayan olmayıb. Daha sonra AFFA hərəkətə keçdi, iclas çağırıb Nizami Hacıyevlə Mirhüseyn Seyidovun kitabını bağladı. Onlara futbol oynamağı ömürlərinin axırınacan qadağan elədi.

Nə isə vəziyyət lap "Ayə hariya gedersən, ayə” - deyən Vüsalın saçı kimi qarışıqdı. "Keşlə” klubunun rəsmiləri deyir ki, hər iki oyunçu oyun alqı-satqısında iştirak ediblər, bəzi oyunlarda qəsdən zəif oynayıblar. Amma məhz hansı oyunlardakı "oyunlardan” söhbət getdiyi açıqlanmır. Futbolçuların özləri də açıqlamalarında gah nala vururlar, gah mıxa.

Hüquq-mühafizə orqanları da düz-əməlli bir şey demirlər. Bəlkə də deyirlər, başa düşmək olmur. AFFA-nın bu ağır qərarından da heç nə anlaşılmır. Qurum deyir ki, Nizami ilə Mirhüseyn oyunların idman nəticəsinin manipulyasiyasında iştirak ediblər.

Lakin hansı oyunların nəticəsindən söhbət gedir, nə konkret deyən var, nə də fakt ortaya qoyan. AFFA hansı matçlardan şübhələnib, həmin görüşlərin nəticəsi niyə ləğv olunmur? Bu iki futbolçu oynamağa görə cəzalanıblar, yoxsa oynamamağa görə?

Həqiqətən də qarışıq durumdu. Günahkar doğrudanmı elə Nizami ilə Mirhüseyndir? Mən AFFA-nın bir zamanlar Berlində fırlatdığı futbol məktəbinin nizamnaməsini tən yarıya qədər oxumuşam, amma son baş verən hadisələrdən bir şey anlaya bilmirəm, ölkə futbolu ilə maraqlanmayanlar nə etsinlər?

Hələlik məlum olan bircə odur ki, baş verən bu olaydan sonra bizim futbolun imicinə ciddi zərbə dəydi. Onsuz da neçə vaxt idi ki, azarkeşlər, idman mətbuatı çempionatımıza şər-şəbədə qoşurdu. Premyer Liqanın oyunlarına gedənləri barmaqla da saymaq mümkün olurdu. Qış fasiləsindən sonra kimə desən ki, gedək stadionda bizim çempionatın oyunlarına baxaq, durub adamı təhqir etməzmi?

Hələ mən bu gün ya zəlzələdən, ya da vəlvələdən Azərbaycanda topa təpik atan legionerləri demirəm. Sabah ölkələrinə dönən kimi ağızlarını qoyacaqlar köndələnə, müsahibələrində açacaqlar sandığı, tökəcəklər PFL-i… Legionerlər demişkən, onsuz da çempionatımız yerli futbolçu sarıdan korluq çəkirdi. Bu yandan da Nizami və Mirhüseynə oynamaq qadağan olundu. Şəxsən mən yenə də bilmirəm ki, onlara oynamağa görə cəza veriblər, yoxsa oynamamağa görə? Hiss edirəm ki, bu məsələdə tamam başqa söhbət var. Mən biləni bu iki futbolçu komanda yoldaşları Orxan Sadıqlının bir neçə gün öncə keçirilən toy mərasimində ürəklə oynamadıqları üçün belə ağır cəzalanıblar.

Ay Nizi, ay Miri, siz də qəribə adamlarsınız. "Neftçi”yə qarşı oynamırsınız, heç olmasa Orxanın toyunda qol götürüb oynayın da…

Tendensiya.com
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2020
17:37

"Barselona" Braziliyadan 19 yaşlı oyunçu aldı

17:13

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

17:05

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdı"

16:57

Rafael Ağayev Rusiya millisindən təklif alıb

16:45

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

16:12

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir - FOTO

15:52

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

15:34

Bundesliqanın ən yaxşı 5 yarımmüdafiəçisi - VİDEO

14:52

Prezident seçilsə, Setyeni "Barselona"dan göndərəcək

14:25

Dünya çempionu vəfat etdi

13:57

Futbolçu klub işçisi ilə dalaşdı, xəstəxanalıq oldu

13:49

Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm"

13:35

Gürcü idmançıdan Şengeliyaya dəstək: "O, bizim bütün xərclərimizi qarşılamışdı"

12:54

Kontenin əvəzinə Alleqri - Şok iddia

12:02

"Çelsi"də ayrılıq - "Tottenhem"ə keçir

11:53

Forza azzerri!

11:31

Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

11:16

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

10:45

"Real"da ciddi itki: Mövsümü "bağladı"

10:34

Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək

10:30

"Mən heç onun kim olduğunu bilmirəm" - İbrahimoviç Ranqniki tanımır

09:49

De Byazidən gözlənilməz qərar: Alban futbolçunu millimizə gətirir

09:45

Kurtua yenə qol buraxmadı - Rekorda doğru

09:20

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

08:20

Olimpiya çempionu təqibçilərini belə coşdurdu - FOTO

10 İyul 2020
23:10

Türkiyə millisinin üzvü iş yerini dəyişdi

22:31

"Neftçi" Fəhmini qaytardı - RƏSMİ

21:20

"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

21:00

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

20:30

Bundesliqa bu tarixdə başlayacaq

19:20

"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi

18:15

"Liverpul"un ulduzu üçün mövsüm bitdi

17:39

Qurban Qurbanov niyə əcnəbi qapıçı istəməyib? - SƏBƏB

17:31

Lempard və Sulşeri qabaqladı, Premyer Liqada ayın məşqçisi seçildi

17:15

Gürcüstan prezidenti Şengeliyanın TsSKA-ya keçidinə qarşı çıxdı: "Bu, qəbuledilməzdi"

17:00

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

16:43

"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi

16:26

Bakı klubunda ispan baş məşqçi - RƏSMİ

16:21

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yenilədi

15:56

"Mən Avroliqa səviyyəsində futbolçu deyiləm" - İbrahimoviç

15:26

Avropa Liqasında mövsümün son püşkü atıldı - CÜTLƏR

14:51

"Botofaqo" "Çelsi"nin sabiq üzvüylə müqavilə bağladı - RƏSMİ

14:29

Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

14:03

Cazibədar aparıcı yenidən meydanlarda - FOTOLAR

13:56

Məşhur gürcü basketbolçu karyerasını Rusiyada davam etdirəcək - RƏSMİ

13:28

Balotellinin çəkisi 100 kq.-a yaxınlaşır - Klubu məlumat yaydı

12:51

Rivaldodan "Barselona"ya tövsiyə: "Diqqətinizi Neymarın transferinə yönəldin"

12:43

Əfran İsmayılov: "Gələcəkdə at satışı ilə məşğul ola bilərəm"

12:21

"Keşlə" Aleksandr Kristovao xəbərini təsdiqlədi

12:16

Qattuzo yeni müqavilənin detallarını razıalşdırdı

12:08

Amit Quluzadə Moldova klubunda debüt etdi

12:02

Anri diz çökdü və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə qaldı - VİDEO

11:19

"Qarabağ" millimizin oyunçusunu transfer etdi - FOTO

11:05

"Neftçi" rəsmisinin "Keşlə" "bazar"ı

10:58

De Xea Şmeyxeli geridə qoydu, rekordu ələ keçirdi

09:54

"Tottenhem" bərabərliyə razı oldu - VİDEO

09:45

Dörd qol vuruldu, "İnter" xal itirdi - VİDEO

09:15

"Mançester Yunayted"dən üç cavabsız qol - VİDEO

08:20

Dünyanın ən gözəl qadın idmançısı "Instagram"da gündəm oldu - FOTO

00:40

"Beşiktaş" belə qazandı - VİDEO

00:35

Türkiyə Superliqası: "Beşiktaş"dan çətin qələbə

09 İyul 2020
23:39

UEFA-dan avrokuboklarla bağlı son qərar

23:17

İsrafilov bu tur nə etdi?

22:15

Ən yaxşı qol hansıdı? - VİDEO

21:45

"Neftçi"nin yeni məşqçisi açıqlandı - RƏSMİ

21:10

"Sabah" Şevçenkonun sabiq köməkçisini gətirir - ÖZƏL

20:20

"Arsenal"ın futbolçusu La Liqa klubunun "radar"ında

19:10

"Buffon məşqçi olmalıdı. O, "Yuventus"u çalışdıra bilər"

18:06

"Yuventus" 21 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdı

17:29

"Döyüş adası" - Xəyalların layihəsi, yoxsa böyük fiasko?

Facebookdan bizi izləməyi unutmayın.