10:55 30.01.2018 1137

"Qarabağ Vyana"nın baş meneceri: "Klubumuz qazancından ehtiyacı olanlara yardım edəcək"

Fanat.Az Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubunun baş meneceri Ramin Şükürovun "Report"a müsahibəsini təqdim edir.

- "Qarabağ Vyana” klubunu təsis etmək ideyası necə yaranıb və bu, nə vaxt baş verib?
- Avstriya paytaxtında "Qarabağ Vyana" adlı futbol klubunun yaradılma ideyası və təşəbbüsünü 2013-cü ildə klubun prezidenti Orxan Vəliyev irəli sürüb. 2014-ci il iyulunda "FC Karabakh Wien" adlı klub rəsmən təsis edilib. Klubun idarə heyətində 4 azərbaycanlı - prezident Orxan Vəliyev, vitse-prezident Ülvi Rzayev, baş menecer Ramin Şükürov və maliyyə meneceri Sənan Əhmədzadə, 1 avstriyalı - vitse-prezident Manfred Modli və 1 türk - idarə heyətinin üzvü Kamran Kuş yer alıb. Klubun adı Azərbaycan və Avstriya üçün tarixi əhəmiyyətə malik region və şəhər adlarından seçilib. Vyana şəhəri Avstriyada və Avropada mədəniyyət-incəsənət tarixinin beşiyi, Qarabağ regionu isə Azərbaycan və Qafqazda eynilə mədəniyyət-incəsənət məkanı kimi tanınır.

- İşğal altındakı Dağlıq Qarabağı dünyaya necə tanıtmağı hədəfləmisiniz?
- Təəssüf ki, son 25 illik zaman kəsiyində Avropa və dünya ictimaiyyəti arasında adının daha çox müharibə və münaqişə ocaqları ilə birgə hallanması Qarabağın əslində sahib olduğu dəyərə xələl gətirib, dünya ictimaiyyəti tərəfindən yanlış tanınmasına səbəb olub. Birbaşa Avstriyada, bilavasitə Avropada Qarabağ adının yerli ictimaiyyətə Azərbaycanın tərkib hissəsi kimi idman vasitəsi ilə müsbət yöndən tanıdılması gənc azərbaycanlı təsisçilər tərəfindən əsas hədəf kimi qarşıya qoyulub. "Qarabağ Vyana" rəsmi internet səhifəsi vasitəsilə Avstriya ictimaiyyətini Qarabağ adı ilə bağlı belə məlumatlandırır: "Qarabağ" sözü qədim türkcədə və Azərbaycan dilində "qara" rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və.s. mənalarını da verir. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ" və s. mənalarını daşıyır. "Qarabağ" Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış regionudur. Azərbaycanın ürəyi hesab olunan Qarabağ regionu ölkəyə tarixən çoxlu sayda tanınmış şəxslər – yazıçılar, idmançılar, siyasətçilər və dövlət xadimləri verib. Qarabağ Azərbaycan musiqisinin beşiyi sayılır.
 


- Klubun infastrukturu barədə məlumat verərdiniz...
- "Qarabağ Vyana"nın İdarə Heyəti, təsis edildiyi ilk gündən kluba məxsus futbol meydanına sahib olaraq, infrastrukturun inkişaf etdirilməsini prioritet sahə kimi müəyyənləşdirib. 2014-2015 mövsümünün ikinci yarısında "Stadt Wien" (Vyana Şəhər Bələdiyyəsi) və SC "Kaiserebersdorf" adlanan klubla gedən danışıqlar bəhrəsini verib. 2015-ci ilin iyulundan "Qarabağ Vyana" 4 hektara yaxın böyüklükdə olan və "SC Kaiserebersdorf" İdman Mərkəzi adlanan stadionu idman cəmiyyətlərinin hüquqi birləşməsi vasitəsilə əldə edib. Bu arenanın klubumuzun balansına keçməsi Vyana Şəhər Bələdiyyəsi, Vyana Futbol Federasiyası və Vyana Daxili İşlər Nazirliyi tərəfindən rəsmən təsdiqlənib. 2015-2016 mövsümünün ikinci yarısında İdarə Heyəti klubun idman mərkəzinin adını "SC Kaiserebersdorf"dan "Qarabağ Vyana" İdman Mərkəzinə uğurla dəyişdirib. 2016-2017 mövsümündən "Qarabağ Vyana" ev oyunlarını artıq öz adını daşıyan idman meydanında keçirir.

- Gələcəkdə klub infrastrukturunu genişləndirməyi düşünürsünüz?
- Hazırda klubun infrastrukturu istifadəyə yararlı olmaqla, keyfiyyətcə orta səviyyədə dəyərləndirilə bilər. Vyana şəhər mərkəzindən 20 dəqiqə uzaqlıqda yerləşən klub ərazisi 1 süni, 1 təbii ot örtüyü olan idman meydanlarından, 1 idman bufeti, 4 geyinib-soyunma otağı və 1 ofis otagından ibarətdir. "Qarabağ Vyana" İdman Mərkəzi ərazicə inkişaf etdirilmə və yenidәn qurulmaq üçün geniş imkanlara malikdir. Bu önəmli amili nəzərə alaraq, klubumuz hazırkı idman mərkəzindən yenidən inşa vasitəsi ilə UEFA standartlarına cavab verən və "Qarabağ Arena" adlandırılması nəzərdə tutulan müasir kompleksə keçid etməyi hədəfləyir. Bu yöndə artıq ilkin fəaliyyət həyata keçirilib. Avstriyanın ən tanınmış arxitektorlarından sayılan Frants Yants klubun müasir standartlara cavab verən arxitektur planını hazırlayıb. "Qarabağ Arena" adlandırılması nəzərdə tutulan yeni infrastruktur planını Vyana Şəhər Bələdiyyəsi yüksək qiymətləndirərək, bəyənib. Yeni İnfrastruktur plan Avstriya futbolunda ehtiyac duyulan tələblərə uyğun olaraq, 1 süni, 1 təbii meydan, 4 qapalı kiçik futbol meydanları, 1500 nəfərlik üstü qapalı tribuna, idman oteli, fitness mərkəzi, fizioterapevt mərkəzi, qapalı futbol bağçasından ibarətdir. Avstriya Futbol Federasiyasının digər vacib tələbləri də infrastruktur planımızda əksini tapıb.



- Belə bir infrastruktur "Qarabağ Vyana"ya gələcəkdə hansı imkanlar açır?
- Yeni ərazi planlaması "Qarabağ Vyana"ya 2-ci Bundesliqanın özü də daxil olmaqla, bütün infrastruktur tələblərə cavab verir. Klubumuz "Qarabağ Arena" layihəsi ilə Vyanada ilk dəfə özündə idman oteli, fizioterapevt mərkəz, qapalı futbol bağçası və futbol meydanlarını birləşdirən ilk müasir futbol təlim-məşq mərkəzi ola bilər. Bu arena müasir infrastruktur imkanları ilə Avropanın tanınmış futbol klublarının aşağı yaş qrupları səviyyəsində təşkil olunan beynəlxalq yarışlarına ev sahibliyi edərək, özünün uşaq komandalarını və adını Avropa futbolunda irəlilədə bilər. Bundan əlavə, "Qarabağ Vyana" öz müasir infrastrukturu ilə hər il Azərbaycandan Avstriyaya gələn futbol klublarımıza, eləcə də milli komandamıza qış və yay toplanışları üçün ev sahibliyi etmək imkanı verər.

- Bəs aşağı yaş qrupları üzrə komandalarınız hansı vəziyyətdədir?
- Klubumuzun perspektiv inkişaf konsepsiyasında ən önəmli hissə futbol məktəbinin təsis edilməsi və güclü aşağı yaş qruplarına malik olmaqdır. Uşaq futbolunun inkişaf konsepsiyasına artıq 2015-ci ilin avqustundan başlanılıb. İnkşaf konsepsiyası 5 - 7 illik müddəti əhatə edir və 2022-ci ilədək futbol məktəbindən akademiya səviyyəsinə qədər uğurla yüksəldilməsini hədəfləyir. Vyana Futbol Federasiyası ümumilikdə aşağı yaş qrupları sahəsində 4 liqaya - WFV Liqa ( Vyana Futbol Federasiya liqası), A, B və C liqalarına bölünür. Hazırda uşaq komandalarımız B liqasında mübarizə aparırlar. Onlar hər il öz yaş qrupuna uyğun olaraq, fərqli liqalardan mübarizəyə başlayırlar. 2016-2017 mövsümündə bu komandalarımız C liqasında çempion olublar. Bu il ilk mövsümümüzü keçirdiyimiz B liqasında isə qış fasiləsinə lider kimi yollanmışıq. Hazırda ən yaxın izləyicimizlə arada 25 xallıq fərq var. Əsas hədəf kimi B liqada çempion olaraq, A liqaya yüksəlmək qoyulub.

- Bəs 2022-ci ilədək nəzərdə tutulan inkişaf konsepsiyanızda hansı məqsədə çatmağı hədəfləmisiniz?
- İdarə heyətimizin uşaq yaş qruplarındakı əsas hədəfi inkişaf konsepsiyası vasitəsilə 2022-ci ilədək futbol məktəbi səviyyəsindən akademiya səviyyəsinə qədər yüksəlməkdir. Akademiya səviyyəsinə yüksəlmək əsas komandanın Bundesliqaya yüksəlməsi ilə bağlı olduğundan, paralel şəkildə uğur əldə etmək əsas şərtdir. Çünki akademiya liqalarında yalnız Bundesliqada mübarizə aparan futbol klubların aşağı yaş qrupları mübarizə apara bilər.



- Aşağı yaş qruplarınızın hazırlığı üçün hansı şəraiti yaratmısınız?
- Klubun aşağı yaş qrupları sahəsində formalaşdırılmasına ilkin olaraq, ən kiçik yaşlı uşaqların topla ilk tanış olduğu "Qarabağ Vyana" futbol bağçasının təsis edilməsi ilə başlanılıb. Futbol bağçası, əsasən, 4-6 yaş arası uşaqlardan ibarət olmaqla 20 nəfərdən ibarətdir. Futbol məktəbinin ən aşağı yaş qrupu 7 yaşlılardan ibarət olan U-7 komandasıdır. 6 yaşı tamamlanmış uşaqlar futbol bağçasından U-7 komandasına keçid edir. Bundan əlavə, kənar klubların bağça komandasından çıxan və ya heç bir bağça komandasında olmayan kiçik yaşlı uşaqlar da "Qarabağ Vyana" futbol məktəbində yoxlamalar vasitəsilə aşağı yaş qrupları üzrə komandalarına qəbul edilir. Futbol məktəbimiz U-7, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-16 və U-18 fərqli yaş qruplarından ibarət olmaqla, 9 komandadan ibarətdir. Klub futbol məktəbində uşaqların kiçik yaşlarından potensiallarını tam üzə çıxarmaq və doğru inkişaf etmələri üçün, paralel olaraq, fitness, mental və texnika üzrə təcrübəli məşqçilərlə təhsili səmərəli və planlı qurub. Klub 20 fərqli millətdən olan 200 futbolçuya, 25 məşqçi heyətinə və 5 əlavə texniki işçiyə sahiblik edir. "Qarabağ Vyana" multikultural aşağı yaş qrupları heyəti ilə Vyana futbolunda seçilən pozitiv xüsusiyyətə malikdir.

- Klub olaraq, hansı sosial layihələr həyata keçirmisiniz?
- Klubun sosial məsuliyyət istiqamətində hazırladığı layihə, ilkin olaraq, UEFA və Avstriya Futbol Federasiyası tərəfindən rəsmi tərəfdaş kimi təsdiqlənib. Layihənin sponsorlar vasitəsi ilə məliyyələşdirilməsi planlaşdırılır. "Kids and Youth Tribune" (Uşaq və gənclər tribunası") dunya futbolunda sosial məsuliyyət istiqamətində ilk pilot layihədir. Həyata keçiriləcəyi və uğurlu olacağı təqdirdə, bundan digər klublar da yararlana bilərlər. Bundan əlavə, "Play to Help" layihəsi çərçivəsində klubumuz ən sonuncu uğurunu qazandığı turnirin maddi gəlirinin bir qismindən yardım kampaniyasi olaraq, ehtiyacı olan quruma və ya fiziki şəxsə yardim edəcək. Bu prosesi çağırış olaraq, başladaraq, Avstriyanın digər klubları arasında da təşviq edəcəyik. "Disability is not Inability” ("Əlillik bacarıqsızlıq demək deyil") adı altında yaxın 6 ay ərzində daun sindromlu uşaqlarla birgə idman tədbiri planlaşdırırıq. Klubumuz Yeni İl şənliyi zamanı daxili qaydada pul toplayaraq, Sent Anna xəstəxanasının uşaq xərçənginə qarşı mübarizə institutuna yardım edib. Ümumiyyətlə, biz klub olaraq, "Today’s Success is Tomorrow’s History” ("Bugünkü nailiyyət sabahkı tarixdir") devizini seçmişik. Digər klublardan əsas fərqimiz müasirlik, yenilikçilik və gənclik istiqamətində fəalliyyət göstərməyimizdir. Avstriyada klublar, əsasən, tarixi olmaları ilə fəxr edir və çox konservativdirlər. Biz bu istiqamətdə fəaliyyət göstərən klubların tam əksi istiqamətində inkisaf edirik.
 














Oxşar xəbərlər

Xəbər lenti

13 İyul 2020
15:21

"Zirə" kapitanı ilə yollarını ayırdı

15:14

MY-nin müdafiəçisi İtaliya yolunda

15:10

Erlinq Holand gecə klubundan belə qovuldu - VİDEO

14:48

Millimizin Millətlər Liqasındakı oyunları bu stadionda olacaq

14:46

Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

14:04

Məşhur futbolçunun qardaşı güllələndi

13:40

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

13:10

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

13:04

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

12:49

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

12:24

Klopp Almaniya millisində?

12:12

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz" - FOTO

11:47

Kante karyerasını İtaliyada davam etdirə bilər

11:17

17 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

11:13

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

10:44

Türk məşqçi: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

10:43

Formula 1: Hemilton Ştiriya Qran-prisinin qalibi oldu

10:20

Rüfət oynadı, komandası darmadağın etdi

09:56

Dörd qol vuruldu, "Milan" xal itirdi - VİDEO

09:25

"Fənərbağça" "Sivasspor"a uduzdu - VİDEO

09:06

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

09:00

"Tottenhem" "Arsenal"ı belə məğlub etdi - VİDEO

08:20

Fitnes-model həyatını "Instagram"da dəyişib - FOTOLAR

12 İyul 2020
22:25

"Zenit"dən transfer bombası - SON DƏQİQƏ

19:12

"Arzum Zidanı və Ronaldunu klubumuzda görməkdi"

18:35

"Qəbələ": 66 oyun, 36 qələbə

18:20

"Sabah"da yeni təyinatlar - RƏSMİ

17:27

Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM

16:50

İsveç çempionu "Qarabağ"a rəqib ola bilər

15:57

"Zirə"legionerini yola saldı

14:35

"Qalatasaray"dan transfer bombası - Dünya ulduzu gəlir

13:48

Azərbaycanda sabiq klub prezidenti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42833 dollar alacaq

13:05

Rus hakim Latviyada saxlanıldı - SƏBƏB

12:57

"Sumqayıt"da yeni müqavilə

12:33

Pyotr Yan UFC çempionluğunu belə qazandı - VİDEO

12:01

Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

11:52

Azərbaycanlı futbolçuların komandası uduzdu

11:50

Aygünün qızı ilə görüntüsü yayılan futbolçu sevgilisilə şəkil paylaşıb bu sözləri yazdı - FOTOLAR

11:45

Millimizin yeni məşqçisi: "Bu, bizim üçün yeni bir mərhələ olacaq"

11:26

Dabo “Neftçi”yə təşəkkür etmədi - FOTOFAKT

11:15

Gənc futbolçu qəzada öldü

09:00

Komandası qələbə qazandı, Nurlan isə...

08:20

Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR

01:48

La Liqa: "Barsa" və "Atletiko" tək qolla qazandı

01:30

A Seriyası: "Roma" səfərdə coşdu

01:00

Messi yeni rekord müəyyənləşdirdi

00:05

Türkiyə Superliqası: "Göztəpə" evdə uduzdu

11 İyul 2020
22:30

"Traktor" səfərdən xalla qayıtdı

22:19

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

22:15

İngiltərə Premyer Liqası: "Çelsi"ni "kötəklədilər"

22:14

“Neftçi”nin transfer yalanı - Dario Frederiko düyünü

21:30

Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

20:25

Premyer Liqa matçında poker etdi - Son 39 ildə ilk dəfə (VİDEO)

19:10

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18:46

"Neftçi"nin sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan

18:15

La Liqa: "Barselona" növbəti matçına çıxır

17:37

"Barselona" Braziliyadan 19 yaşlı oyunçu aldı

17:13

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

17:05

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdı"

16:57

Rafael Ağayev Rusiya millisindən təklif alıb

16:45

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

16:12

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir - FOTO

15:52

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

15:34

Bundesliqanın ən yaxşı 5 yarımmüdafiəçisi - VİDEO

14:52

Prezident seçilsə, Setyeni "Barselona"dan göndərəcək

14:25

Dünya çempionu vəfat etdi

13:57

Futbolçu klub işçisi ilə dalaşdı, xəstəxanalıq oldu

13:49

Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm"

13:35

Gürcü idmançıdan Şengeliyaya dəstək: "O, bizim bütün xərclərimizi qarşılamışdı"

12:54

Kontenin əvəzinə Alleqri - Şok iddia

Facebookdan bizi izləməyi unutmayın.