12:36 25.10.2019 1912

Rəşad Sadıqov gedəndən sonra...

Amal Abuşov

Linus Halleniusun vurduğu qolun təkrarına dünən gecə və bu gün səhər dəfələrlə baxmışam. Qoldan sonra yaşanan səhnə isə onsuz da gözümün önündədi. Ordan çəkilmək bilmir. Rəşad Sadıqov qolundakı kapitan sarğısını çıxarır, uzun müddət yerindən tərpənə bilmir...

Futbol həm də belə ədalətsiz oyundu. Bəzən başqalarının səhvi səni "yandırır”, bütün komandaya yönəlməli olan tənqidlərin hədəfinə sən çevrilirsən. Həmin epizodda da elə oldu. Aylton səliqəli oynasa, topu bir az daha uzaqlara göndərsə, "Qarabağ”ın cərimə meydançasından kənarlaşdırsa, hakimin fiti səslənəcəkdi. Komandalar fasiləyə bərabərliklə yollanacaqdı. Ehtimallar üzərindən çox da danışmaq istəmirəm. Amma belə olsaydı, "Qarabağ”ın işi xeyli asan olacaqdı. İkinci hissədə vurulan qol da sübut etdi ki, APOEL-i yenidən məyus etmək mümkün idi. Özü də bir dəfə yox. Amma fasiləyə saniyələr qalanda vurulan qol şərtləri dəyişdi, çox ciddi mənada.

Əminəm ki, Rəşad Sadıqov paltardəyişmə otağına doğru istiqamətlənəndə Qurban Qurbanovdan əvəzlənməyi xahiş etməyi düşünürmüş. Bəlkə edib belə. Təcrübəli çalışdırıcı həmin andakı gərginliyi, Rəşadın meydanda olmasının "Qarabağ” üçün kəsb etdiyi əhəmiyyəti göz önünə alıb. Bir də ki, özünün də mətbuat konfransında dediyi kimi, hansısa səhvə görə Rəşadı itirmək olmaz. Biz Rəşadsız Azərbaycan millisini də görmüşük, elə zaman-zaman "Qarabağ”ın özünü də. Kapitanın meydanda olması, elə gəzişməsi belə yetərlidi. Bəlli bir qrupun  pusquda dayanıb, onun səhvə yol verməsini gözləməsi isə tamam ayrı söhbətin mövzusudu. Yaxşı ki, fasilədə "Qarabağ” toparlanmağı bacardı. Elə Rəşadın özü də. Bu toparlanma çoxları üçün çox şey demək idi.

Həmin epizodda Rəşad topun rəqib futbolçudan sıçrayıb, onun önünə düşəcəyini gözləmirdi. Elə bu səbəbdən də ani olaraq diqqətsiz oldu, ayağına düşən topu ram etməyə, onu təhlükəli yerdən uzaqlaşdırmağa çətinlik çəkdi. Rəqibin həmin andakı pressinqi də həlledici idi. Adamın ayağı boşa çıxdı, əzizlərim. Məsələ bu qədər sadədi. Düz yolu yeriyərkən istənilən şəxsin ayağı boşa çıxa bilir. Yerə yıxılır, baş-gözümüzü əzirik. Bunun yaşla əlaqəsi yoxdu axı. 15 yaşlı futbolçunun da ayağı boşa çıxır, 25 yaşlının da. Guya, Rəşadın 30 yaşı olanda səhvi olmayıb, yoxsa ayağı boşa çıxmayıb? Rəşadın etdiyi texniki səhv idi, fiziki durumla əlaqəsi olmayan səhv. Qoltuğunun altından top buraxan qapıçılar var, öz qapısına qol vuran müdafiəçilər də, vacib penaltini qaçıran, "çərçivə”yə adi vəziyyətdə düşə bilməyən hücumçular da. Hər səhvi yaşa bağlayıb, futbolçunu komandadan, meydandan uzaqlaşdırsalar, onda oynatmağa heç kimi tapmazlar.

Bütün bunlar futbolçunun içində olan şeylərdi. Siz qafanızı bunlarla yormayın. Narahat olmalı olduğunuz daha vacib məsələ var. Gec, ya da tez Rəşad Sadıqov da gedəcək. O gedəndən sonra kimi günahkar çıxaracaqsız, kimi futboldan göndərməyə çalışacaqsız, kimin qeybətini edəcəksiz? Ümumiyyətlə, ondan sonra Azərbaycan klubları bu səviyyədə oyunlarda iştirak hüququ qazanacaqmı? Nə oldu, sual xoşunuza gəlmədi?...

sport7.az
Oxşar xəbərlər

Xəbər lenti

05 Dekabr 2020
09:25

"Səbail"in legioneri: "Meydanı başıuca tərk etdik"

09:12

“Qarabağ” - “Qəbələ” oyununa hakim təyinatı

09:00

Soyuqda bədəni yanan qadın idmançı ayaqlarını itirdi - FOTOLAR

08:40

Maradona ilə bağlı qorxunc iddia: Döyüb, nərdivandan aşağı atıb

08:20

Fransız jurnalistdən böyük Messi iddiası: Yeni klubunu açıqladı

08:00

Qadın futbolçu videolarına görə klubundan qovuldu

04 Dekabr 2020
22:35

Zinəddin Zidan tənqidlərə belə reaksiya verdi

22:00

APL: "Qarabağ" - "Qəbələ" oyununa təyinatlar açıqlandı

21:18

Bakı klubunun legionerində koronavirus aşkarlandı

21:12

"Ayaks" argentinalı oyunçusu ilə müqavilə yenilədi

20:56

"Milan"dan İbrahimoviç və Çalhanoğlu açıqlaması

20:23

"Real"ın sabiq ulduzu müflis oldu

19:55

"Keşlə"də virusa yoluxmuş daha bir futbolçunun adı bilindi

19:06

"Barselona" prezidentindən gözlənilməz Messi açıqlaması: "Vəziyyət acınacaqlıdı"

18:51

Bundesliqa: 2021/22 mövsümün başlama vaxtı açıqlandı

17:29

De Byazi və AFFA rəsmiləri şəhidlərin xatirəsini yad ediblər

16:56

Avropa Liqasında turun rəmzi komandası

16:32

Vieyra qovuldu - RƏSMİ

16:07

"Qarabağ" Türkiyədən itki ilə qayıtdı

15:49

ESPN mövqelər üzrə ilin ən yaxşılarını açıqladı - SİYAHI

15:36

İlin ən yaxşı baş məşqçisi müəyyənləşdi - SİYAHI

15:09

"Xocalı komandası müharibə gedə-gedə liqada çıxış edib" - ARAŞDIRMA

14:35

"Qalatasaray" Nigeriya millisinin forvardı ilə razılığa gəldi - SON DURUM

14:28

Əhmədovdan xələfinə və Sultanova eyhamlı sözlər

14:19

Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri - SİYAHI

14:11

"Neftçi" yoluxanları açıqladı, məşqləri dayandırdı

13:54

Madrid klubu qışda polşalı forvard alır

13:33

"Qəbələ" "Qarabağ"la oyunun təxirə salınmasına əsas görmür

13:20

"Çelsi" istedadı İtaliya klubuna satır

12:57

Mourinyudan Keynin durumuna Mourinyusayağı şərh

12:40

Kasilyas: "Ramos "Real"ın əfsanəsidir"

12:31

“Qalatasaray”ın transfer etmək istədiyi 3 futbolçu

12:14

"Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm"

11:55

Xarici bukmeykerlər azərbaycanlıların pulunu necə oğurlayır?

11:36

Həftənin oyunçusu adına namizədlər

11:13

İlham Əliyev: "Şəhidlərimizi ehtiramla yad edirik!"

10:59

"Sabah"da daha 5 futbolçuda koronavirus aşkarlandı

10:34

Emeri “Qarabağ”la oyundan danışdı

10:17

"Keşlə"də 10 futbolçuda koronavirus aşkarlandı

10:00

Bu gün Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

09:47

"Neftçi"də daha bir yoluxma

09:34

"Makkabi"nin baş məşqçisi: "Nəticədən razı qalmadım"

09:15

"Futbolçularımız xarakter göstərdilər" - "Qarabağ"ın məşqçisi

09:00

"Laçını görmək arzusu ilə alışırıq" - Adil Şükürov

02:28

Avropa Liqasında pley-offa adlayanlar

03 Dekabr 2020
23:48

"Qarabağ" Avroliqada ilk xalını qazandı

21:48

Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşdi

21:45

UEFA Azərbaycan və Ermənistana qoyduğu qadağanı ləğv etdi

21:43

Avropa çempionatı Gürcüstanda keçiriləcək

20:57

Millətlər Liqasında final mərhələsinin püşkü atıldı

19:57

Azərbaycan Premyer Liqası iflic oldu - 3 oyun təxirə salındı

18:58

Superliqa komandası baş məşqçisini açıqladı - RƏSMİ

17:41

UEFA final oyununun məkanını açıqlayacaq

17:21

Vurğun Hüseynov: "Premyer Liqa təxirə salınmalıdır"

17:15

"Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlandı

16:34

"Neftçi" məğlub oldu

16:02

Neymar qalmaqalla yadda qaldı - FOTO

15:50

"Sabah"da kütləvi yoluxma

15:33

"Laçın rayonunda komanda olmayıb" - Novruz Əzimov

15:16

İrland referi "Qarabağ"ın oyununu idarə edəcəyi üçün sevinir

15:14

Holand sıradan çıxıd

14:42

Şəhidlərimizin və qazilərimizin sayı açıqlandı - RƏSMİ

14:04

Zinəddin Zidanın yerinə əsas namizəd açıqlandı

14:01

"Aston Villa" kapitanını neçəyə satacaq?

13:46

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək

13:35

"Neftçi"də daha bir yoluxma

13:29

Laçının Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO

13:11

Ronaldo Maradonanın hədiyyəsindən və səxavətindən danışdı

12:54

"Siti" argentinalı hücumçu ilə razılığa gəldi - SON DURUM

12:41

TFF prezidenti koronavirusa yoluxdu

Facebookdan bizi izləməyi unutmayın.