18:06 11.03.2018 1597

"Rəşad Sadıqov məni futboldan uzaqlaşdırdı, imkan vermir bu sahəyə daxil olum"

Futzal üzrə Birinci Liqanın lideri "Qarabağ” komandasının rəhbəri Kamran Sadıqov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

- "Qarabağ” futzal komandası necə yaradıldı? İdeya müəllifi kimdir?
- 2016-cı ilin yazında belə bir ideya yarandı. Buna qədər Ağdam komandası əvvəlcə Birinci, daha sonra Yüksək Liqada çıxış edirdi. Həmin komandada oynayan uşaqlar arasında dostlarım vardı. Onlar təklif etdi ki, çempionata komanda burax. Futbola yaxın adam olduğumu bilirdilər. Razılaşdım. Sonra futzal federasiyasının baş katibi Mahmud müəllimlə (Mahmud Sadıqov) tanış oldum, fikrimi onunla bölüşdüm. Təsəvvür edin, iştirak üçün 17 komandanın müraciəti təsdiqlənib, bir yer qalıb. Söhbətimizdən sonra, bizə çıxış etmək üçün "yaşıl işıq” yandırdı. Komanda belə yarandı və 2016/17-ci il mövsümünü 7-ci pillədə başa vurduq. Bizimlə oyunlar həqiqətən də maraqlı keçirdi, rəqiblərimiz daha yaxşı mübarizə aparırdı komandamıza qarşı. Cari mövsümdə isə fərqli çıxış edirik.

- İlk mövsümdən sonra güclənməyə qərar verdiniz?
- Açığı, çempionatın əvvəlində birinci yerə yüksələcəyimizi gözləmirdim. Düşünürdüm ki, ötən mövsümü 7-ci pillədə başa vurmuşuq, bu dəfə 4 və ya 5-inci yeri tutarıq. Şükürlər olsun ki, hələ işimiz yaxşı gedir. Yekunda necə olacaq, onu zamanı çatanda biləcəyik. 

- Ancaq cari mövsümün reqlamenti fərqlidir. İki dövrəni zirvədə başa vursanız da, çempion olmaq üçün pley-off oyunlarını qələbə ilə bitirməlisiniz...
- Çempionatın əvvəlində keçirilən yığıncaqda belə söhbət oldu. Əvvəl razılaşdıq, ancaq sonradan dəyişiklik edilməsini təklif etsək də, razılaşmadılar. 

- Futzaldakı "Qarabağ”ın futboldakı "Qarabağ”la bağlılığı varmı?
- Bağlılıq deyəndə, Rəşad Sadıqovun qardaşı olduğumu bilirsiniz. Rəşad da hazırda "Qarabağ”dadı. Bizim bu klubun tərkibinə keçməyimizə bir addım qalıb. Nəticələrimizi izləyirlər, komanda haqda məlumatlıdılar. Ancaq rəhbərliklə hələ üz-üzə oturub, bu haqda söhbət etməmişik.
 
- Amma komandanın oyun formasında "Azersun”un reklamı yerləşdirilib…
- Ötən mövsüm sponsorumuz fərqli şirkət idi. Bu il heç bir sponsorumuz olmadığına və komandanı özüm maliyyələşdirdiyimə görə, bu addımı atdıq. 

- Sizə maddi baxımdan dəstək verən varmı?
- Hələ sırf özüm maliyyələşdirirəm komandanı. Bir-iki nəfər birinci dövrədə kömək etdi. İndi hər şeyi özüm edirəm.
 
- Bəs Rəşad?
- Yox, Rəşad hələ maddi dəstək vermir.

- Ümumiyyətlə, Rəşad futbolda səndən daha təcrübəlidir. O, bu ideyanı, addımını necə qarşıladı?
- Məni futboldan Rəşad uzaqlaşdırdı. İmkan vermir futbol sahəsinə daxil olum. Halbuki, futbolla bağlı arzularım olub. İstərdim ki, futbol komandam olsun, I divizionda çıxış etsin. Ancaq qardaşım imkan verməyib. Bu il I divizion klublarından biri məni komandanın rəhbəri vəzifəsinə dəvət etmişdi. Di gəl, Rəşad icazə vermədi. Bu futzal komandası olduğuna görə, bir söz demir. Komandamız "Qarabağ” klubunun tərkibinə daxil olduqdan sonra daha iddialı olacaq və Yüksək Liqada çıxış edəcəyik. 

- Rəşad komandanın nəticələri ilə necə, maraqlanırmı?
- Hamısından xəbərdardı. 
 
- Bəs canlı izləmək istəmir oyunlarınızı?
- Yəqin play-off mərhələsinin oyunları zamanı onu da dəvət edəcəm.

- Məsləhətləşirsinizmi?
- İndi ondan məsləhət almıram. Sadəcə, nəticələrimiz və oyunlarımızla bağlı məlumat verirəm. Komandamızın baş məşqçisi var - Nəsimi Nuriyev. Onun futzalı yaxşı bilməsinin komandaya faydası çoxdu. 

- Necə düşünürsən, "Qarabağ” böyük futbolda qazandığı uğurları futzalda da əldə edə biləcəkmi?
- İnanıram, biz bura onun üçün gəlirik. Birinci Liqada vaxt keçirmək niyyətində deyilik. Növbəti il Yüksək Liqada oynamaq istəyirik. Orda bir qədər təcrübə topladıqdann sonra 2020-ci ildə Çempionlar Liqasında çıxış etməyi planlaşdırırıq. Futzalda "Araz” ən güclümüzdü. Biz də onlardan sonra Çempionlar Liqasında ölkəmizi təmsil etmək istəyirik. Niyyətimiz budu.

- Deməli, Yüksək Liqada oynamağı qətiləşdirmisiniz?
- Komanda çıxışını ancaq Yüksək Liqada davam etdirəcək. 

- Hazırkı heyətdə elə oyunçular var ki, böyük futbolda hələ də çıxış edirlər. Yüksək Liqada oynayacağınız təqdirdə, buna icazə verilməyəcəyini bilirsən?
- Yüksək Liqada hazırkı 12-13 nəfərlik heyətdən 3, maksim 4 oyunçu çıxışını davam etdirəcək. Qalanları futzal oynamış təcrübəli oyunçular olacaq.

- Yəqin ki, gözaltı etdiyiniz oyunçular var?
- İşə başlamışam. Play-offa yaxın, ya da bu mərhələdən dərhal sonra hər şeyi yekunlaşdıracam. Çünki komanda yeni mövsümün startına 2 ay qalmış hazırlığa başlamalıdı. 

- "Qarabağ” adı azarkeşləri cəlb etmək baxımından işinizə yarayacaqmı?
- Azarkeşləri indi də gətirə bilərəm. "Qarabağ”ın fan-klubunun rəhbəri ilə dostuq. O, deyib ki, nə vaxt istəsən, azarkeşləri oyunlara gətirə bilərəm. Sadəcə, Birinci Liqada oynadığımıza görə, buna ehtiyac duymuram. Ancaq Yüksək Liqada çıxış etsək, bizim oyunlara azarkeşlər cəlb olunacaqlar.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

09 Avqust 2020
01:00

Çempionlar Liqası: "Barsa" və "Bavariya" 1/4 finalda

00:27

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin sayı 4-ə endi

00:24

ÇL-də yeni mövsüm başladı

00:07

Kavani müqavilə bağladı, ildə 9 milyon qazanacaq

08 Avqust 2020
22:56

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:35

Norveç millisinin ulduzu "Qalatasaray"da - RƏSMİ

21:13

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.