21:05 10.01.2018 684

Tərlan Əhmədov: "Yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək"

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.

- Çempionatın ikinci hissəsinə hazırlıq necə keçir?
- Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldır ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-rühiyyə var. Futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorğunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidir.

- İstədiyiniz transferləri həyata keçirə bilirsinizmi?
- Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdır. Bu işdə səhvə yol vermək olmaz. Düzdür, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində.

- Bəzi futbolçularla yanaşı, keçən il müqaviləsi yenilənən Uqo Barqas da komandanı tərk etdi...
- Uqo Barqas özü komandadan getmək istədiyini bildirdi. Getmək istəyən futbolçunu komandada saxlamağın mənası yoxdur. Buna görə də qarşlıqlı razılaşma əsasında onunla müqaviləyə xitam verildi. Barqasın əvəzinə hücumçu axtarışı davam edir. Daha güclü futbolçular tapmağa çalışırıq. Azarkeşlərimiz narahat olmasın, Barqasdan daha səviyyəli və daha çox qol vuran yeni forvard görəcəklər.

- Başqa hansı mövqelərə oyunçu axtarışları davam edir?
- Hücumçudan başqa ilk növbədə hücumameylli sol cinah yarımmüdafiəçisinə və dayaq yarımmüdafiəçisinə ehtiyacımız var. Qeyd etdiyim kimi, namizədlər kifayət qədər çoxdur. Hər bir futbolçu ciddi şəkildə izlənilir və onun haqda bütün məlumatlar öyrənilir. Qərarımızı da buna görə verəcəyik. Çünki qarşıda bizi çox ciddi sınaqlar və güclü rəqiblər gözləyir. Hər hansı problem çıxmasa, yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək.

- Azarkeşlər bu mövsüm həm də "Neftçi”dən titul və avrokuboklara vəsiqə gözləyirlər...
- Əvvəla azarkeşlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Evdə və ya səfərdə olmasına baxmayaraq, bütün oyunlarda komandanı sonacan dəstəkləyirlər, hər zaman sevimli komandalarının yanındadılar. Klub rəhbərliyi, məşqçilər və futbolçular daim onların dəstəyini hiss edir. Bu günədək qazandığımız bütün qələbələrdə fanatlarımızın böyük payı var. "Neftçi”nin yetirməsi olaraq onları yaxşı başa düşürəm. Bu klub daim zirvədə olmalıdır. Təəssüf ki, çempionatın əvvəlində çox xallar itirilib. Bununla belə, artıq komandanın oyun dəst-xəttinin formalaşması gələcəyə nikbin baxmağa imkan verir. Qış fasiləsindən sonra mümkün qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq. İlk növbədə isə ölkə kubokunu qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, biz birlikdə hədəfimizə çatacağıq.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2020
16:51

Çempionlar Liqasında yeni mövsümün tam təqvimi açıqlandı

16:19

Emeri İtaliya A Seriyasında?

15:53

Naqatomo vidalaşdı, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

15:38

"Mançester Siti", yoxsa "Liverpul"?

15:14

"Müştərimin "Qarabağ"a keçmək variantı realdı"

14:57

Superkubok ləğv edildi

14:35

Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)

13:52

Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR

13:20

"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ

12:55

Rus futbolçu "Qarabağ"a "pul oxudu" - GƏLİR?

12:42

İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı

12:29

"Qarabağ" yeni transferini açıqladı - FOTO

12:01

Cey Ar Smit və Lebron Ceyms yenidən komanda yoldaşı olacaqlar - RƏSMİ

11:48

Ronaldu ilə sevgili olduğunu deyən gözəl çılpaq FOTOsunu paylaşdı

11:37

Klopp: "Mənə çempion koridoru lazım deyil"

11:34

"Arsenal" və "İnter" Qrizmann uğrunda mübarizə aparır

11:04

Milan belçikalını aldığı qiyməti açıqladı - RƏSMİ

10:53

"Beşiktaş"ın sabiq "Qarabağ"lıya təklif etdiyi məbləğ açıqlandı

10:25

Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi

10:20

Azərbaycanlı mütəxəssis ərəblərlə yeni müqavilə imzaladı - FOTO

09:55

"Milan" xal itirdi - VİDEO

09:35

"Arsenal"dan dörd cavabsız qol - VİDEO

09:20

"İnter"dən darmadağın - 6:0 (VİDEO)

09:00

Beş qol vuruldu, "Çelsi" uduzdu - VİDEO

08:20

Soldatova gözəlliyinin dəyərləndirilməsini istədi - FOTOLAR

00:35

"Roy Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq"

01 İyul 2020
22:35

Mario Qomesin vurduğu ən yaxşı 5 qol - VİDEO

21:30

"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

19:47

Gerye "Qarabağ"a qayıtdı - ÖZÜ DEDİ

19:10

"Mançester Siti"dən ayrılır - Quardiola təsdiqlədi

18:15

"Arsenal"da yeni müqavilə - FOTOLAR

17:37

"Borussiya"nın yeni forması - FOTOLAR

17:05

Ançelotti oyunçusunu tanımadı - VİDEO

16:35

89 yaşında ata oldu

16:23

"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?

16:09

"Sabah" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

16:09

İnfantino: "Başa düşmüşük ki, futbol ən önəmli məsələ deyil"

15:55

Vilayət Eyvazovun rütbə verdiyi idmançıdan AÇIQLAMA

15:11

Bakı klubu daha bir oyunçusu ilə müqaviləni uzatdı

14:55

"Barselona" çempionluğu son saniyələrdə əldən verdi - VİDEO

14:37

"Sumqayıt" futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ

14:15

"Nqannu məni ilk raundda "söndürməsə", qalib gələcəm"

14:14

"Qarabağ" daha bir futbolçu ilə yolları ayırdı

13:40

"Napoli" Lill"in "qapısını döydü" - 100 milyonluq təklif

13:37

Daha bir futbolçusu "Sumqayıt"dan ayrıla bilər

13:16

Adebayor Paraqvay klubundan ayrıldı - RƏSMİ

13:04

"Bavariya"dan yeni transfer - FOTOLAR

12:30

"Çelsi" yeni formasını təqdim etdi - FOTO

12:25

Koronavirusun yeni dalğası ÇL-in keçirilməsinə mane olacaqmı? - UEFA-dan reaksiya

12:07

Messinin 700-cü qolu belə qeyd edildi - VİDEO

12:03

Vaqif Cavadov: "Roy Kin? Yerli məşqçi daha məntiqəuyğundu"

11:47

Alman klub prezidenti millimizin üzvünü təriflədi: "Güclü idi"

11:46

"İşimin təhlükə altında olduğunu düşünmürəm" - Setyen

11:17

Məşhur xanım idmançının bu halı görənləri qorxutdu - FOTO

11:08

Azərbaycan çempionatı başa çatdırıldı - Çempion elan edildi

11:04

Məğlubedilməz boksçu 21 yaşında dünyasını dəyişdi

10:54

Azərbaycanlı hücumçu: "Ayaqlarım yerdən üzüldü"

10:25

Messi 700-ə çatdı

09:52

"Mançester Yunayted"dən 3 cavabsız qol - VİDEO

09:48

Dieqo Maradona İspaniya millisində?

09:41

"Yuventus" 3 xalı 3 qolla qazandı - VİDEO

09:35

Fransalı futbolçu Azərbaycana təşəkkür etdi - FOTOLAR

09:16

4 qol vuruldu, "Barselona" yenə xal itirdi - VİDEO

09:09

Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı əmr

08:20

Elin Helstrem Avropada rəqib tanımır - FOTOLAR

00:13

İngiltərə klubunun kapitanı bıçaqlandı

30 İyun 2020
23:50

Nurlanın komandası bu tur nə etdi?

23:10

"Fənərbağça"nı "Milan"a dəyişdi - RƏSMİ

22:15

Bundesliqada mövsümün rekordları - VİDEO

21:30

MY 50 milyondan artıq ödəməyəcək - 20 yaşlı futbolçuya görə

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image