Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası - “Adana Dəmirspor” da növbəti matçına çıxıb.
Adana təmsilçisi öz meydanında "Fatih Karagümrük"lə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. 10 oyun idi ki, qələbə görməyən "mavi şimşəklər" uzun sürən həsrətə Mario Balotellinin 27-ci dəqiqədə penaltidən vurduğu qolla son qoyublar.
Meydana start "11-lik"də çıxan Şahruddin sonadək mübarizə aparıb.
Hazırda 35 xalı olan "Adana Demirspor" turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub.