"Barselona” rəhbərliyi icarə əsasında formasını geyinən iki futbolçu - Joau Kanselu və Joau Feliks barədə yekun qərarını verib.
Fanat.Az-ın “Sport.es” nəşrinə istinadən məlumatına görə, kataloniyalılar Kanselunun xidmətində maraqlıdır və müdafiəçini yeni mövsümdə də heyətdə saxlamaq üçün “Mançester Siti”yə təklif göndərəcək.
"Atletiko Madrid"ə məxsus Feliksin isə göndərilməsi gündəmdədir. Onun öz klubuna qaytarılacağı gözlənilir.
Qeyd edək ki, bugünlərdə Xavinin mövsümün sonunda “Barselona”nı tərk etməyəcəyi dəqiqləşib.