"Markus Raşford hər mövsümdə 25-30 qol vurmağa qadirdir. Bunun üçün onda hər şey var. Tez-tez topu ləngitməsi isə başqa söhbətin mövzusudur".
Fanat.Az "Independent"ə istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq deyib.
Niderlandlı mütəxəssis qış fasiləsinə qədər hücum planında yaşadıqları problemlərin Raşfordun işinə arzulanan məsuliyyətlə yanaşmamasından irəli gəldiyini vurğulayıb:
"Qışa qədər hücumda ciddi çətinliklər yaşayırdıq. Raşford özü başa düşürdü ki, problemlərin əsas səbəbi onun oynadığı futboldur. Lakin biz onunla bu barədə danışdıq və mövsümün ikinci yarısında daha yaxşı təsir bağışladıq".
Nihat