“Qarabağ”la cavab oyununun birinci hissəsində mövsümün ən zəif “Bayer”ini gördüm".
Fanat.Az xəbər verir ki, bunu Çexiya millisinin sabiq futbolçusu David Yarolim deyib.
O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın Leverkuzendə Almaniya klubuna qarşı keçirdiyi görüş (2:3) haqda fikirlərini bölüşüb:
“Onlar “Qarabağ”la ev matçında heyrətamiz geridönüş edərək qələbə qazandılar. Bu həm də “Bayer”in gücündən xəbər verir. Onların oyun üslubu ən xırda detala qədər balanslaşdırılıb. Mövsümün son mərhələsində baş məşqçi Xabi Alonsonun üç cəbhədə necə mübarizə aparacağını görmək mənə maraqlıdır. "Bayer" qatıldığı turnirlərin qalibi olmağa layiqdir”.
Qeyd edək ki, “Bayer” iki oyunun cəmində “Qarabağ”ı 5:4 (2:2, 3:2) hesabı ilə üstələyərək 1/4 finala yüksəlib.