"Yuventus" qapıçı mövqeyi ilə bağlı transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin klubu "Montsa"nın qapıçısı Mikele di Qreqorio ilə anlaşıb.
26 yaşlı oyunçuya "Milan" da maraq göstərib, amma görünür, "Yuventus" əzəli rəqibi ilə mübarizədə qalib gələ bilib. “Qoca sinyora”nın rəhbərliyi qapıçı ilə prinsipial razılığa gəlib. Di Qreqorio Turin klubu ilə 2029-cu ilə qədər müddətə nəzərdə tutulan müqavilə imzalamağa hazırdır. İtalyanın maaşı illik 2 milyon avro və bonuslar olacaq.
Mikele di Qreqorio “İnter”in yetirməsidir. 2022-ci ildə "Montsa" qapıçını 4 milyon avrodan bir qədər çox ödəyərək "neradzurri"dən alıb.
Qolkiper cari mövsümdə A Seriyasında 30 oyunda meydana çıxaraq 30 qol buraxıb.