“Qəbələ” klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Abu Akal Premyer Liqada 37 (2 qol), Azərbaycan Kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.