"Barselona"nın sabiq futbolçusu Xerard Pike Kataloniya klubuna uyğun məşqçilərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, COPE ispaniyalının dediklərini belə təqdim edib:
“Barselona”ya rəhbərlik etmək üçün komandanın oyun tərzini anlayan məşqçi lazımdır. Ona görə də seçim çox deyil. Düşünürəm ki, əsas namizəd Qvardioladır. Çünki onun klubda keçmişi var və hazırda dünyanın ən yaxşı mütəxəssislərindəndir. Həmçinin Mikel Artetanın adını çəkə bilərəm. O, da “Barselona”nı başa düşür və bu klubda oynayıb”.
Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi Ernandes mövsüm başa çatdıqdan sonra tutduğu vəzifədən istefa verəcəyini elan edib.
Mirağa