"Milan"ın vingeri Samuel Çukveze mövsümün onun üçün istənilən kimi alınmamasından və İtaliya A Seriyasının 29-cu turunda "Verona"ya qol vrumasından (3:1) danışıb.
Fanat.Az xəbər verir ki, "Milan News" onun dediklərini belə çatdırıb:
"İlk aylar mənim üçün çətin alındı. Heyətə düşmək asan deyil. Mənim mövqeyimdə oynayan futbolçu işinin öhdəsindən yaxşı gəlir və çox sayda qol vurur (gülür). Məşqçi onu ehtiyatda saxlaya bilmir. Az oynasam da, öz üzərimdə səylə çalışmağa davam edirəm. Vurduğum qol özünəinam baxımından çox vacib idi. Məni bura qol vurmaq üçün gətiriblər. Baş məşqçimizə və planlarına güvənirəm. Gələcəyə köklənməli, mümkün qədər yaxşı hazırlaşmalıyam".
Nihat