“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisində uğurlu çıxışı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, bir müttət aradan sonra yığmaya dönən futbolçu “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) ilə keçirilən görüşün qəhrəmanı olub.
3:3 hesabı ilə başa çatan qarşılaşmada Benzia 2 qol, 1 məhsuldar ötürmə ilə diqqət çəkib. Start heyətində meydana çıxan "Qarabağ"lı yarımmüdafiəçi 22 və 70-ci dəqiqədə qol vurub, 53-cü dəqiqədə isə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb.
Qeyd edək ki, Benzia martın 22-də Boliviyanı 3:2 hesabı ilə məğlub etdikləri matçda da 1 qol vurub.