"Liverpul"un keçmiş futbolçusu, hazırda ekspert kimi fəaliyyət göstərən Ceymi Karrager "Barselona"nın sabiq baş məşqçisi Yohan Kroyff haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, "Daily Mail"-ə açıqlamasında mərhum niderlandlı mütəxəssisi "futbol tarixinin ən vacib adamı" adlandırıb:
“Onun "Barselona"da gördüyü işlər unikal idi. Bu günə qədər də dünyada Kroyff haqqında danışırlar. Onun Kataloniya klubunda qoyduğu fəlsəfə hələ uzun illər müzakirə ediləcək. Şəxsən mənim üçün Yohan futbol tarixindəki ən vacib insandır”.
Xatırladaq ki, Kroyff futbolçu karyerasını başa vurduqdan sonra "Barselona" və "Ayaks"da çalışıb. Yohan 2016-cı ilin martında vəfat edib.
Mirağa