Müqavilə ilə "Çelsi"yə məxsus olan, icarə əsasında "Roma"nın formasını geyinən Romelu Lukaku London təmsilçisindəki gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mirror" onun dediklərini belə çatdırıb:
"Çelsi"yə qayıdandan sonra özümü yaxşı tərəfdən göstərmək üçün yeni motivasiya tapa biləcəmmi? Bunu "Çelsi"dən soruşmaq lazımdır".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 matça çıxan Lukaku 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat